Ukraynada Puşkinin heykəli götürüldü
Tarix: 09.04.2022 / 16:29 •
Oxundu: 85 dəfə •
Ukraynanın Ternopol şəhərində 1959-cu ildə qoyulan məşhur rus şairi Aleksandr Puşkinin heykəli götürülüb.
Demontaj şəhər şurasının qərarı ilə ötən gecə baş tutub.
Şəhərin rəhbəri Sergey Nadal bildirib ki, rusların işğalı, Ukraynadakı vandallığı, qadınları zorlaması, uşaqları öldürməsi onlara başqa çıxış yolu qoymur:
“Bütün ruslar götürülməlidir – o cümlədən rus yazarların heykəlləri”.
Qeyd edilib ki, heykəlin götürülməsi ilə bağlı petisiya 2016, 2018 və 2020-ci illərdə keçirilib. 2020-ci ildə petisiya lazım olan səsi toplasa da, meriya heykəlin götürülməsindən imtina edib.
Heykəl hələlik meydandan götürülüb, ancaq onun gələcək taleyinə sonra aydınlıq gətiriləcək.