Bu gün:


QANUN ƏLİYEVLƏR ÜÇÜN YAZILMAYIB

Tarix: 30.06.2022 / 23:45  •   Oxundu: 653 dəfə  •  

3 saylı istintaq təcridxanasında rüşvət qanunları dövlət qanunlarını doğramaqda davam edir.  Təcridxananın rəisi məşhur Misir Əliyevin oğlu Cəlil Misir oğludur. Atasının simulisiv davranışları fonunda strateji müəssisələrdən birinə rəis təyinatı alan Cəlil Əliyev heç bir hədd və sədd gözləmədən pul gətirən bütün sahələrdən risk etməkdən çəkinmir.
İDEAL-a müraciət edən Sumqayıt şəhər sakini Əliyeva Tənzilə Zaman qızı Şüvəlan da  saxlanan oğluna sovqat aparıb gətirməkdə  böyük çətinliklər çəkdiyini və həbsxana rəhbərliyi tərəfindən oğluna işgəncə verildiyi barədə şikayət etmişdir. Faktla əlaqədar olaraq istintaq təcridxanasında olduq. Rastlaşdığımız mənzərə bizi şoka saldı.  Adının çəkilməsini istəməyən əməkdaşların göstərdikləri şəxs Tovuz rayonu Əyyublu kənd sakini Həsənov İman Əli oğlu hər dəfə görüşə gələrkən rüşvət olaraq 300 manat ödədiyini bildirdilər. Həftədə ən azı iki dəfə həmin təcridxanada cəza çəkən yaxın qohumu Həsənov Tofiq Əmir oğlunun yanına gələn bu şəxs heç demiyəsən beynəlxalq axtarışda olsada rüşvət hesabına Azərbaycanda istədiyi kimi gəzib-dolaşır və kriminal aləmlə də sıcaq münasibətlərini davam etdirir. 
O da məlum oldu ki, Həsənov Tofiq Əmir oğlu bütün imtiyazlarla təmin edilmiş burjulardandır. Faktla əlaqədar olaraq  penitensiar xidmətin rəisi general Ceyhun Həsənova sorğu ünvanlamışıq. Daha ətraflı növbəti sayda məlumat verəciyik.

Rüfət  Kamil