Bu gün:


QATİLİN UZANTILARI TƏHDİD ETMƏKDƏ DAVAM EDİR...

Tarix: 01.07.2022 / 14:49  •   Oxundu: 236 dəfə  •  

Həyat yoldaşını 13 bıçaq zərbəsilə amansızcasına qətlə yetirmiş və hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında imtiyazlara bürünmüş Həsənov Tofiq Əmir oğlunun uzantıları indidə mərhumənin, daha doğrusu övladlarının qətlə yetirməyi üzrə uzantılarını işə salmaqdadır. Belə ki, əmisi oğlu Həsənov İman Əli oğlu Tofiqlə bağlı bütün iyrənc kayatolara müəlliflik və moderatorluq etməkdədir. Xatırlatma edək ki, Novxanı bağlarında 8 may 2022-ci ildə baş vermiş amansız qətl hadisəsində qatil Tofiq Həsənovun istədiyi mənfur cinayəti həyata keçirməkdən ötrü Tovuz rayonu Eyyublu kəndində “dil-ədəbiyyat müəlliməsi “ vəzifəsində işləyən Həsənova Xalidə Əli qızının və eyni zamanda  əmisioğlu İman Həsənovun köməkliklərindən yetərincə istifadə etmişdir.

Amansız qətl zamanı hadisənin törənməsini zəruri edən amillərdən biri bağ qapısının açılması ssenarisini Xalidə Həsənova həyata keçirir. Cinayət başa şatdıqdan sonra Xalidəni hadisə yerindən qaçıran isə qatilin əmisioğlu İman Həsənov olur. Əgər bu şəxslər ailə dramının bu cür faciəvi sonluqla başa çatmasını istəmirdilərsə ən azından qatilin qarşısını kəsər və əlinədki bıçağı götürə bilərdilər. Qatil nə qədər azğın olsa da belə...  Doğurdan da bu universal ssenarinin iştirakçıları, iştirakçı deyildilərsə hadisə yerindən niyə qaçırdılar?

Qaçıblarsa belə cinayət barədə dövlət orqanlarna məlumat veriblərmi ?

 Yox. 

Əgər verməyiblərsə 2 aydan çox müddət  keçməsinə baxmayaraq Sumqayıt  şəhər Prokurorluğu həmin şəxsləri məsuliyyətdən kənarda saxlamaqdadır.

Heç bir hörmətə və nüfuza malik olmayan milli qanunları şərtləndirən amillərdən biri də budur ki, cinayət barədə məlumatlı olub xəbər verməmə cinayət məsuliyyəti yaradır. Və hətta əldə etdiyimiz məlumat da o da bəllidir ki, qatil Tofiq Həsənov  məkirli ambisiyasını həyata keçirməkdən ötrü br neçə dəfə hasardan aşması kimi video görüntülər var. 

İstintaq sirri olduğundan bəzi məqamları təfsilatı ilə açmaq niyyətində deyilik. Lakin bu günə kimi Həsənov Xalidə Əli qızının qatil Tofiq Həsənovla hadisədən əvvəl nə danışdıqları, hansı ssenari quraşdırdıqları barədə istintaq orqanları lazımı zəruri tədbirlər görməyib!?

30 iyun 2022-ci il tarixdə mərhumə İlahə İskəndərovanın xaricdə təhsil alan qız övladı Türkan Həsənova anasının miraslarını, anasına aid olan 10 min ABŞ dolları və qızıl zinnət əşyalarını geri götürmək məqsədilə hazırda qatil Tofiq Həsənova himayədarlıq edən və azadlıqda qaranlıq işlərini icra edən Həsənov İman Əli oğlunu yaşadığı ünvana getmişlər. 

Qatilin hami qoruyucu İman Həsənov arqumentlər qarşısında aciz qaldığını hiss edib Türkan Həsənovanı təhqir və təhdid etməyə başlamışlar: “ Səni də görəcəyik, anan da sənin kimi danışırdı..Və lazım gəlsə Sizin hamınızı bu dəqiqə polisə daşıtdıraram”. Qatilin əmisi oğlu İman Həsənov mərhumənin qızı Türkan Həsənovanın haqlı tələbi qarşısında yalan danışaraq bildirmişdir ki:”Məni prokurorluğa çağırmışdılar. Bildirdilər ki,biz deməyənə qədər qızılları qaytarmayın”

 Sonradan qarşı tərəf prokurorluqla əlaqə saxladıqda İman Həsənovun dediklərinin blef olduğu ortaya çıxmışdır. Ümumiyyətlə prokurorluq İman Həsənovu tanımadığını hələ də prokurorluğa  dəvət edilmədiyini və əmlakla bağlı araşdırma aparılmadığını bildirmişdir.

 

Mövzu diqqətimizdədir.

 

İnci Osmanqızı