Bu gün:


ÖLKƏ DEYİL DƏLİXANADIR

Tarix: 15.07.2022 / 19:18  •   Oxundu: 207 dəfə  •  

Dövlət nəzarətinin cəhənnəmə vasil olduğunu anbaan hiss edən dövlət məmurları onu didməkdə davam edirlər. Aylardır ki, Abşeron rayon məhkəməsinin hakimi Elman Məmmədovun icraatında olan iş üzrə məhkəmə prosesi hələ də davam etməkdədir. 

Vətəndaş N.T. Quliyevə məxsus Abşeron rayonu ikinci sovxoz ərazisində yerləşən torpaq sahəsi “Omar" atçılıq klubunun prezidenti, sabiq baş nazirin qohumu Natiq Zeynalov tərəfindən zəbt edilmişdir . Qohumlarının adına rəsmiləşdirdiyi torpaq sahəsinin ümumi sahəsi 120 hektardan artıq olduğu bildirilir. Natiq Zeynalov təkcə ərazidəki quru torpaqları deyil, eyni zamanda Məhəmmədli, ikinci sovxoz əhalisinin göl kimi istifadə etdiyi 5 hektardan artıq gölü də özününküləşdirmişdir. 

Hətta əvvəllər  bu sahədə torpaq verilmiş  vətəndaşın gediş-gəliş yolları zəbt edilərək,  torpaqdan istifadə hüquqlarına veto qoyulmuşdur. Abşeron  rayon məhkəməsinin hakimi Elman Məmmədovun qərarına uyğun olaraq bir neçə dəfə ekspertiza keçirilmişdir. Bu gün növbəti dəfə mütəxəssis  rəyini öyrənmək məqsədilə  Abşeron rayon İcra hakimiyyəti   Xırdalan şəhər inzibati ərazisi üzrə nümayəndəliyinin mütəxəssisi  Azər Əhmədov   hadisə yerində olmuşdur.

2007-ci ildə torpaq sahəsi üzərində dövlətin verdiyi mühüm və əhəmiyyətli sənədlərdən fərqli olaraq mütəxəssis Azər Əhmədov 2014 –cü ildə Abşeron  rayon İcra hakimiyyəti tərəfindən rüşvət yolu ilə   yeni yol icazəsi alınmış sahəyə öz ampulasından yanaşmağı tərciyə etmişdir.

 Sözsüz ki, müstəqil məhkəməsi, məhkəmədə dövlət nəzarəti olmayan, dövlətçilik ideallarına və qanunçuluğa rüşvət və yaxuda mədələşmiş başların təqdim edəcəyi rəyə uyğun qərar çıxarılacağı gözlənilir. Bakını, Abşeronu, onun kəndlərini, küçələrini, dalanlarını, zirzəmilərini çet-çet satan başlarda ədalət olarmı ?

Dövlətin, ölkənin və Xalqın bu məcrada kazus içərisində çabalamasına məsul olan tək şəxs Prezident İlham Əliyevdir. Əgər  dövlət məmurları bütün harınlıqlarının müqabilində dövləti, qanunları, Prezidenti, Xalqı heçə sayırsa, hüquqsuz sadə vətəndaşlar nə etməlidir ? 

Sözsüz ki, Abşeron rayon məhkəməsinin  hakimi Elman Məmmədov çıxaracağı qərar publika üçün açıq olacaq və onu bir kimsə gizlədə bilməyəcək. 


Polad  Musayev