ÖLKƏDƏKİ FEODAL QANUNLAR
Tarix: 11.05.2022 / 18:03 •
Oxundu: 448 dəfə •
“Omar Atçılıq klubu”nun rəhbəri Natiq Zeynalovla İDEAL-ın Qurucusu Nazim Quliyev arasında yaşanan məhkəmə işi hazırda Abşeron rayon məhkəməsinin hakimi Elman Məmmədovun icraatında davam etməkdədir. Ötən gün məhkəmə işi ilə əlaqədar ekspertlərdən ibarət nümayəndə heyyəti məhkəmə predmeti olan və mübahisəyə səbəb olan Abşeron rayonu ərazisində yerləşən torpaq sahəsinə baxış keçirilmişdir.
Əldə etdiyimiz məlumata əsasən, “Omar Atçılıq klubu”nun rəhbəri Natiq Zeynalovun rəhbərlik etdiyi təsisat Məhəmmədli və İkinci safxoz adlanan kəndlərə məxsus 100 (yüz) ha -dan artıq torpaq sahəsi ilə yanaşı "Qızıl Nohur" adlanan və qanunla özəlləşdirilməsi qadağan edilmiş 10 ha-dan artıq gölü hasarlamışdır. Bu ərazidə eyni zamanda dövlətə məxsus kommunikasiya xətləri, qaz, su boruları hasarlanaraq texniki şərtlər kobud şəkildə pozulmuşdur. Ərazidə İDEAL qəzetinə məxsus torpaq sahəsinə giriş-çıxış məhdudlaşdırılmış və ümumilikdə Natiq Zeynalov kənd sakinlərinə məxsus torpaq sahələrini və konstitusion hüquqlarını ilhaq edildiyi bildirilir.
Məhkəmə gedişi ilə bağlı əlavə məlumat verəcəyik.
Bizi izləməkdə davam edin.
Polad Musayev
