YOLLARINI SÜPÜRƏN XANIM PREZİDENTDƏN KÖMƏK İSTƏDİ
Tarix: 16.07.2022 / 12:16 •
Oxundu: 302 dəfə •
Çörəyi Prezidentin gediş-gəliş yollarının təmizliyindən çıxan Bakı şəhəri Nərimanov rayonu Böyük Şor qəsəbəsi, Daş Karxanası, ev 55 A ünvanında yaşayan Allahverdiyeva Telnaz Qulu qızı Prezident İlham Əliyevə müraciət etmişdir.
Müraciətdə deyilir:
“Hörmətli Cənab Prezident
Övladım Allahverdiyev Vəli Əli oğlu 24 noyabr 2014-cü il tarixdən həbsdədir. Oğlum həbsxanada olduğu müddətdə bir sıra ağır xəstəliklərin daşıyıcısına çevrilmişdir. Hər dəfə onun müalicəsi və müayinəsi üçün ən azından 1000 manata yaxın pul xərcləyirəm. Çünki Ədliyyə Nazirliyi Penitensiar xidmətin Böyük Şor qəsəbəsi 8-ci köndələn ünvanında yerləşən müalicə müəssiəsi adlı obyektin sahibi (“baş həkim") Nicat Vidadi oğlu Cəlilov hər dəfəsində bildirir ki:” burada limit 500 nəfərdir. Və xəstəliyindən asılı olmayaraq hər bir məhkum ayda ən aşağısı bir ay üçün 250 manat pul ödəməsə burada saxlanıla bilməz. Mənim sənin oğluna ehtiyacım yoxdur. Burda mənim müştərilərim generallar, nazirlər, icra başçıları , məmur övladlarıdır. Sənin oğlundan aldığım 250 manatın 100 dəfə artığını onlar mənə ödəyir , özüdəki problemsiz filansız”.
Hazırda oğlum Qobustan Qapalı Həbsxanasında saxlanılır. Xəstəliyi barədə bütün sistem məlumatlıdır.Oğlumun fiziki həyatı ciddi təhlükə qarşısındadır. Onun müalicəsinə ciddi ehtiyac var. Lakin Qobustan Qapalı Həbsaxanasının rəisi Tahir Yusubov bildirir ki, övladım Allahverdiyev Vəli Əli oğlunun müalicə müəssiəsinə getməsindən ötrü beş vəzifəli şəxsin razılığı lazımdır. Buna görə də bizdən 500 manat pul tələb edilir.
Hörmətli Cənab Prezident
Ayda 300 manat maaş alıram. Yeməsək, içməsək, hava qəbul etməsək belə Qobustan Həbsxanasının rəisinin tələb etdiyi 500 manatı ödəmək imkansızlığındayam. Xahiş edirəm ki, 1993-cü il təvvəlüdlü oğlum Allahverdiyev Vəli Əli oğlunun Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssiəsinə köçürülməsini rüşvətsiz təmin edilməsi üçün bizə kömək edəsiniz…”
