Bu gün:


RÜŞVƏTƏ HAMİLƏ QALMIŞ "MİLLİ" QANUNLAR...

Tarix: 01.10.2022 / 13:15  •   Oxundu: 321 dəfə  •  

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakimlər Fəhmin Hümbətov (sədrlik edən), Hafiz Əliyev, Aynur Rzayevadan ibarət tərkibdə 8 May 2022-ci il tarixdə Novxanı bağ massivində xüsusi amansızlıqla qətlə yetirilmiş  İsgəndərova İlahə Nurəddin qızına qarşı törədilmiş cinayət işinin hazırlıq iclası keçirildi.
 Baş Prokurorluğun şöbə prokuroru Məmmədov Samir Nazim oğlu dövlət ittihamçısı qismində çıxış edir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 128-ci maddələri ilə ittiham elan edilmiş Həsənov Tofiq Əmir oğlu keçmiş həyat yoldaşı mərhumə İlahə İsgəndərovaya 14, anası Nağıyeva İsvet Qurban qızına 4 bıçaq zərbəsi vurulduğu ekspert rəylərində öz əksini tapıb.
Zərərçəkmiş İsvet Mehdiyeva istintaqın qeyri-obyektiv, qanundankənar aparıldığı qənaətindədir.

Hesab edir ki, həmin günü qatilin qardaşı arvadı və hazırda Tovuz rayonu Əyyublu kənd orta məktəbində müəllim kimi işləyən Həsənova Xalidə Əli qızının yaşadığı ünvana Tofiqlə gəlməsəydi qapını açmayacaydılar bu hadisədə baş verməzdi.Eyni zamanda baş vermiş cinayət hadisəsi əvvəlcədən düşünülmüş universal ssenarinin tərkib hissəsidir.

Zərərçəkmiş şəxs Məhkəmə mərhələsində davam etdirilən istintaq dönəmində Xalidə Həsənovanın və əmisioğlu İman Həsənovun əməllərinə hüquqi qiymət verilməsi tələbilə Prezident İlham Əliyevə müraciət ünvanlamışdır.
Bu maddənin dispozisiyasına uyğun olaraq qatil Tofiq Həsənovu 14 ildən 20 ilədək həbs cəzası və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.