Bu gün:


Nazim Quliyev: Rüşvət və Direktivlər bir neçə mərhələdə Bizə məğlub oldu...

Tarix: 19.08.2022 / 10:00  •   Oxundu: 169 dəfə  •  

8 May 2022-ci il tarixdə Novxanı bağ massivində baş vermiş qətl hadisəsi üzrə başladılmış cinayət işi bu gün sonuna yetdi.Cinayət işi Sumqayıt Şəhər Prokurorluğunda müstəntiq Pərvin Ocaqverdiyev tərəfindən aparılıb.

İDEAL ASmedia.az-a istinadən, Zərərçəkmiş Şəxslərin hüquqlarının müdafiəçisi, İDEAL  Partiyasının Başqanı Nazim Quliyevin münasibətini təqdim edirik:
-İstintaqın yekun qərarı Sizi qane edirmi?

-Məni deyil, dövlət maraqlarını qane və təmin etməlidir.Bildiyiniz kimi 8 may 2022-ci il tarixdə Novxanı bağ massivində əslən Tovuz rayonu Əyyublu kənd sakini və uzun illər Rusiya federasiyasında yaşamış Tofiq Həsənov öz həyat yoldaşını onunla barışmadığına görə qətlə yetirmişdir.
Mərhumə İlahə İskəndərova bağça müəlliməsi kimi eyni zamanda övladlarının xaricdə təhsil almasını təmin etmiş fəal ana olaraq xarakterizə edilir.O, həyat yoldaşı Tofiq Həsənovun vechsiz davranışlarından bezmiş və buna görə də ondan boşanmaq qərarına gələrək Məhkəməyə müraciət etmişdir.

Situasiyadan xoşlanmayan Tofiq Həsənov qardaşı və qardaşı arvadının öyrətmələri, təxribat şarlarına dözüm gətirməyərək əvvəlcədən planlaşdırdığı hadisəni reallaşdırmaqdan ötrü Novxanıdakı bağ evinə gələrək həyat yoldaşı İlahə İskəndərovanı 14 bıçaq zərbəsilə qətlə yetirmiş, qayınanası İsvet Nağıyevaya isə 4 bıçaq zərbəsi vuraraq qaçmışdır.

Mərhumə İlahə İskəndərovaya bağ evinin qapısını açmağı və qatil Tofiq Həsənovun bağa girməyini ssenariləşdirən və  hazırda Əyyublu kənd orta məktəbində dil-ədəbiyyat müəlliməsi vəzifəsində çalışan Xalidə Həsənovadır.

Eyni zamanda cinayət hadisəsi törənənədək qatil Tofiq Həsənov ailəsiə və övladlarına məxsus şəxsi əşyaları, qlzıl-zinnət əşyalarını, pul vəsaitini simsarı makler İman Həsənova veribmiş...

-Xalidə Həsənova və İman Həsənov cinayət işi üzrə statusları nədir?
-Hələlik şahid.Lakin, çalışacayıq ki, onlar haqq etdikləri hüquqi statuslarını qazansınlar.

-Qatil Tofiq Həsənova qarşı irəli sürülmüş ittiham üzrə fikirləriniz?

-Nəhayət ki, sonunda ona qarşı AR CM-in 120.2.4-cü və 128-ci maddələr üzrə ittiham olunmasına müvəffəq olduq.
Rüşvət və direktivlər bir neçə mərhələdə Bizə məğlub oldu.

Lalə Əlizadə