Zərəçəkmiş 72 yaşlı Nağıyeva İsvet Qurban qızı Prezident İlham Əliyevə və digər rəsmi dövlət qrumlarına müraciət etmişdir.
Müraciətdə deyilir:
20 bıçaq zərbəsilə qızımı qətlə yetirmiş, 4 bıçaq zərbəsi isə mənə vurmuş Həsənov Tofiq Əmir oğlunun işi üzrə hazırda Sumqayıt Şəhər Ağır Cinayətlər Məhkəməsində hakim Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi ilə məzhəkə şousu davam etdirilməkdədir.
Zərərçəkmiş qismində ilk dəfə idi ki, məhkəmənin nə olduğunu görürdüm. Özümü bir anlığa kalxoz bazarında hiss etdim.
Qatilin vəkili Ramin Qocayev işin mahiyyəti üzrə deyil, məhkəmə prosessini Xoşqədəmin verlişinə çevirərək heç bir hədd və sədd gözləmədən mənim sözümü kəsir, yalan danışmaqda ittiham və təhqir edirdi. Onun bu cür davranışlarına hakim Fəhmin Hümbətov sadəcə olaraq qımışırdı.
Hörmətli cənab Prezident!
Azərbaycan Respublikası Konstitusiyasının 8-ci maddəsinə əsasən Siz məhkəmə müstəqilliyinin təminatçısısınız.
Gördüklərimə rəğmən bir daha bəyan edirəm ki, Sumqayıt Şəhər Ağır Cinayətlər Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrlik etdiyi məzhəkə şousu eyni zamanda ölkəmizin Avropa Şurası İnsan Haqları üzrə götürdüyü öhdəliklərə bütövlükdə ziddir.
Təsəvvür edin ki, heç bir zərurət olmadığı halda qatilin “vəkili” Ramin Qocayevin prosessin qapalı keçirilməsi üzrə vəsatəti dərhal yerindəcə müşavirə edilib qəbul edilir.
Ölkəmizdə məhkəmə-hüquq sisteminin hansı vəziyyətdə olması barədə bütün dünya məlumatlıdır. 72 yaşım var. 40 il orta məktəbdə müəllimə işləmişəm. Mənə münasibətdə məhkəmə bu cür mövqe sərgiləyirsə, o zaman vay bu xalqın halına.
Hakim Hümbətov Fəhmin Zaur oğlunun zərrə qədər ədalətinə inanmıram. Çünki o, ciddi bir təhsisat olan Azərbaycan Respublikası adından hökm verən məhkəmə prosessini Xoşqədəmin şousuna çevirməkdə heç bir kompleks yaşamırdı.
Azərbaycan Respublikası Konstitusiyasında insan hüquqları ilə bağlı yazılanlar doğurdanda reallığı əks etdirirsə, o zaman, öz daxili mənfur niyyətini göstərən korporativ maraqlarına uyğun susan, məhkəməni məzhəkəyə çevirən Sumqayıt Şəhər Ağır Cinayətlər Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun mövcud işdən rədd edilməsi barədə göstəriş verməyinizi Sizdən Xahiş Edirəm.
Eyni zamanda 20 bıçaq zərbəsilə amansızcasına qətlə yetirilmiş qızım İsgəndərova İlahə Nurəddin qızının qətlə yetirilməsində bilavasitə iştirak etmiş Tovuz rayonu Əyyublu kənd orta məktəbinin dil-ədəbiyyat “müəlliməsi” qatilin qardaşı arvadı Məmmədova Xalidə Əli qızı və əmisioğlu Həsənov İmanın məsuliyyət məsələsinin hüquqi dövlətin mahiyyətinə uyğun həll edilməsini Xahiş Edirəm.
Ümüd edirəm ki analarına hörmət qoyanlar, 72 yaşlı ağbirçək anaya vurulmuş 4 bıçaq zərbəsini və 20 bıçaq zərbəsi ilə qızımın qətlə yetirilməsi ilə bağlı mövcud dramın nə olduğunu anlayacaqlar.
Bu konteksdə korparativ maraqlarından dolayı məhkəməni məzhəkəyə çevirmiş Sumtayıq Şəhər Ağır Cinayətlər Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun mövcud iş üzrə (№ 1(124)-463/2022) prosessdən kənarlaşdırılması, əməllərinə qiymət verilməsi və məhkəmə prosesinin nəzarətdə saxlanması üzrə Ali İradə sərgiləməyinizi Sizdən Xahiş Edirəm.
Mövzu diqqətimizdədir.
Materialı çapa hazırladı - Polad Musayev