
Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, +994773505119 mobil telefon nömrəsi ilə zəng edən Şuşa rayon İcra və Probasiya şöbəsinin rəisi Vaqif Hüseynov vətəndaş İlqar Rüstəmovla əmr formasında danışaraq əvvəlcə onun idarəyə gəlməsini tələb edib. Vətəndaş hansı səbəbə idarəyə gəlməli olduğunu soruşduqda, ədliyyə işçisi bildirib ki sənin (!) haqqında borc öhdəliyi var, onu ödəməlisən, əks halda qanunun tələbinə uyğun olaraq həbs də edilə bilərsən.
İ.Rüstəmov şikayətində yazır ki, borc öhdəliyini ötən il ödəyib. Lakin bu borcun artıq ödənildiyinə baxmagaraq ödəilnmədiyini əsas gətirərən Vaqif Hüseynov yenidən təkrar ödənməsini tələb edib.
"Başlıcası, ödədiyim pul məhkəmə icraçıları tərəfindən mənimsənildiyi, bu səbəbdən də vahid sistemə düşmədiyi üçün ödənişi yenidən almaq istəyirlər və bunun üçün dövlətin resurslarından istifadə edərək mənim həbs olunacağıma işarə etməkdən belə çəkinmirlər" - deyə İlqar Rüstəmov bildirir.
Görünür bu gün vəzifəsindən azad olunan Ramiz Rzayevin kurasiyasında olduğu iddia olunan Vaqif Hüseynovun vəzifədə sayılı günlərinin qalması törətdiyi qanunsuzluqların artmasına gətirib çıxarıb.
Qeyd edək ki, bir müddət əvvəl vətəndaş Fərhadova Günel Qabil qızı dünyasını dəyişməsinə baxmayaraq Şuşa rayon İcra və Probasiya şöbəsinin rəisi Vaqif Hüseynovun ona ayrılan alimenti mənimsədiyi ilə bağlı mətbuatda və "Youtube" video kanallarında çoxsaylı şikayətlər mövcuddur.
Mövzuya qayıdacağıq.
Cavid Camal