
Doğrudan ədalətsiz bir idarəetmənin qurbanlarına çevrilmişik. AQTA-da lotereya qurbanlarına çevrilmiş xanımların İDEAL-a etdiyi müraciətdən sonra həmin qurumda analoji “idarəetmə” öz məhvərindən qopmuşdur.
Kənd təsərrüfatı naziri İnam Kərimovun simsarlarından biri olan Aslanova Səfa Elman qızının əsas moderatorluğu ilə agentlikdə keçirilmiş lotereya müsabiqəsindən sonra zərərçəkmiş şəxslərin İDEAL-a etdiyi müraciətin ardınca agentlik rəhbərliyi hüquqi dövlətin mahiyyətinə uyğun tədbir görmək əvəzinə şikayətçi olmuş xanımları bir-bir təhdid etməyə başlamışlar.
“Əgər siz şikayətinizi geri götürməsəniz hamınız işdən qovulacaqsınız”. Deməli bu sistemdə edənin deyil, zərərçəkmiş şəxslərin və bu yebəcərlikləri görənlərin gözlərini kor edirlər.
Düşündürücüdür, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin kuratoru kimdir? Səfa Aslanova və digərləri hansı məmura və nə üçün arxalanır? Bu və digər sualların cavabını növbəti xəbər buraxılışlarımızda oxuya biləcəksiniz.
Polad Musayev