Azərbaycana qış gəldi
Tarix: 21.12.2020 / 17:55 •
Oxundu: 111 dəfə •
Bu gün Azərbaycana qış fəsli daxil olub.
Planetimizin Şimal yarımkürəsi üçün hər il dekabr ayının 20-si, yaxud 21-i astronomiyada “Qış Günəş duruşu günü” adlanır.
Bu günün Yer kürəsində mövcud olan canlı aləm üçün müstəsna əhəmiyyəti var. Məhz “Qış Günəş duruşu günü” Yerin Şimal yarımkürəsində qış fəsli, Cənub yarımkürəsində isə yay fəsli başlayır.
Fəsillərin bir-birini əvəz etməsi Yer kürəsinin Günəş ətrafında bir il ərzində tam dövrə vurmasının təzahürüdür. “Qış Günəş duruşu günü” vaxtı Yer kürəsi öz orbitinin Günəşə ən yaxın nöqtəsinə çatmaq üzrə olur və Yerin Günəşdən olan məsafəsi 147 milyon kilometrdən artıq olur. “Qış Günəş duruşu günü” Yerin Şimal yarımkürəsində ən uzun gecə və ən qısa gün olur.