Makron Liviyada sülh üçün vacib şərtləri açıqladı
Tarix: 24.03.2021 / 10:50 •
Oxundu: 54 dəfə •
Fransa Prezidenti Emmanuel Makron Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Mənfi və köməkçisi Musa əl-Koni ilə görüşüb.
Görüşdə Liviyadakı son proseslər müzakirə edilib.
Makron bildirib ki, Liviyada sabitlik təmin olunmasa, ölkədəki terror təşkilatları və qaçaqmalçılar aradan qaldırılmasa, Aralıq dənizinin orta və şərq hissəsində, Sahel bölgəsi, eyni zamanda Afrikada sülh olmayacaq:
“Liviyada davamlı atəşkəs əldə olunmalı və seçkilər keçirilməlidir. Bu mövzuda həm Fransa, həm də Avropa Liviyaya köməklik göstərəcək”.