Bu gün:


PREZİDENT ADMİNİSTRASİYASI ÖNÜNDƏ İNTİHARA CƏHD

Tarix: 26.05.2021 / 16:57  •   Oxundu: 180 dəfə  •  

Bu gün Prezident Administrasiyasının  önündə intihara cəhd hadisəsi baş verdi.

İntihara cəhd edən şəxs 1963-cü il təvəllüdlü əslən Qərbi Azərbaycandan olan Həsənov Mətləb Səfər oğludur.

Hazırda O, 5 Nömrəli Şəhər Klinik Xəstəxanasının (F.X.Xoyski-85) yanıq şöbəsində Polis nəzarətində müalicə olunur.

Ailə üzvülərinin İDEAL-a verdiyi məlumata əsasən,Sumqayıt İcra Hakimiyyəti Başçısı Zakir Fərəcov Mətləb Həsənov və digər Şəxslərə Sumqayıt dəniz kənarı parkında  Prezidentin açılışa gəlməsilə bağlı  öz hesablarına  salınmış "qazon" xərclərini ödəməkdən imtina edib,get-gələ salmışdır.

Bu gün səhər saatlarında Mətləb Həsənov Sumqayıt İHB-sı Zakir Fərəcovun yenidən qəbulunu istərkən O, Hüseyn adlı müavininin üzərinə göndərsədə qəbul etməmiş və "GET HARA İSTƏYİRSƏN ŞİKAYƏT ET" qanunu ilə başından rədd etmişlər.

Sifarişçi Sumqayıt İcra Hakimiyyətinə ümumilikdə 76.650 manatlıq  iş icra edilmişdir.

Lakin,həmin puldan cəmi 19.650 nanat qaytarıldığı bildirilir.

Qarşı tərəfin də söz haqqını tanıyırıq.

Rüfət Kamil