Günəş-Azərbaycanın bu qədər hücum edəcəyini gözləmirdik
Tarix: 28.05.2021 / 11:42 •
Oxundu: 135 dəfə •
Hazırlıq matçı idi. Yeni oyunçuları görmək niyyətində idik. Bəzilərini riskə atmaq istəmirik, bəzilərini isə daha çox yükləyirik.
Bu fikirləri Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş Azərbaycanı millisini 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
69 yaşlı mütəxəssisin sözlərinə görə, oyunçularının hamısı əlindən gələni edib: "Səhvlərimiz və çatışmazlıqlarımız var. Amma qələbə qazanmaq hər zaman gözəldir".
Təcrübəli baş məşqçi Azərbaycan seçməsinin son 3 oyunda asanlıqla təslim olmadığını xatırladıb: "Azərbaycan yığması öz gücündən yaxşı istifadə etməyi bacarır. Bizə çətinliklər yaşatdılar. Sürətli əks hücumlara çıxırdılar. Buna baxmayaraq, qələbə qazanmaq sevindiricidir".
Günəş zədələnən futbolçular haqqında bunları söyləyib: "Halil Akpınarın ayaq biləyində problem var. Ciddi olmayacağını düşünürük. Altayın vəziyyəti isə daha yaxşıdır. Sabah durumlarına tam aydınlıq gələcək".
Mütəxəssis oyun sistemində müəyyən dəyişikliklər etdiklərini deyib: "Əslində əsas məqsəd bu idi. Rəqib yaxşı qapanıb, hücuma keçirdi. Hesabı da açdılar. Amma sonradan qollar vurub üstünlüyü ələ aldıq. Qardaş komanda ilə dostluq matçı oldu".
O, Avro-2020 ilə bağlı bunları diqqətə çatdırıb: "Əvvəlcə İtaliya ilə görüşə, ardınca isə Bakıdakı oyunlara hazırlaşacağıq. Bu gün qalib gəlmək istəyirdik. Qələbə qazanmaq yaxşıdır. Amma tənqid edəcəyimiz məqamlar da var. Bu gün fərdi səhvlərimiz, top itkiləri əsas problemlərimizdir.
Sonra bütün bunlar bizə çətinlik yaşada bilər. Rəqibin bu qədər hücum edəcəyini gözləmirdik. Biz isə əksinə, ön xətdə yaxşı çıxış etmədik".