Türkiyədən vacib həmlə
Tarix: 31.05.2021 / 16:34 •
Oxundu: 93 dəfə •
"Türkiyə NATO-nun Belarusa qarşı sərt addımlar atmasına mane olub".
İDEAL Media.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb. İddialara görə gizli toplantılarda hərbi alyans Minskə zorla endirilən sərnişin təyyarəsinə görə, Belarusu cəzalandırmaq istəyib. Lakin Türkiyə veto hüququndan istifadə edərək buna mane olub. Qəzet yazır ki, Belarusa qarşı ciddi həmlənin gəlməməsi prezident Aleksandr Lukaşenkonun NATO-ya üzv ölkələrinin bəzi liderləri ilə yaxşı dostluq əlaqələrinin olduğunu göstərir.
Xatırladaq ki, Afinadan Vilnüsə uçan təyyarə bomba təhlükəsi bəhanəsilə qırıcının müşayəti ilə Minskə endirilib. Lakin sonradan məlum olub ki, əslində təyyarənin endirilməsində məqsəd sərnişinlər arasında olan Belarus müxalifətçi Roman Protaseviçi həbs etməkdir.