TOYLAR KRALIÇASININ QIZININ QATİLİ APELLYASİYADA
Tarix: 02.06.2021 / 13:32 •
Oxundu: 484 dəfə •
Cinayət hadisəsinin başlanğıcı əlləmə elminin professoru 3 qat təyinatlı deputat Hüseyin Mirələmova məxsus Şıxov qəsəbəsi,Salyan şossesi 32 ünvanında yerləşən “1001 gecə” restoranında baş verib.
İDEAL-ın apardığı araşdırmalar nəticəsində məlum olmuşdur ki, “Toylar kraliçası” Zəmilə Məmmədovanın qızı üç uşaq anası Şəhanə Şamilova qısqanclıq zəmnində həyat yoldaşı Murad Şamilov tərəfindən 03.09.2020-ci il tarixdə Biləcəri qəsəbəsi,M.Hüseynzadə küçəsi 12 ünvanında yerləşən “Salt” motelinin 2-ci otağında bıçaqla qətlə yetirilmişdir.
Şamilov Murad Tarverdi oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-759/2021 saylı, 09.04.2021-ci il tarixli hökmü ilə ARCM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 18 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
İİstintaq materiallarından görünür ki,hadisə sırf qısqanclıq zəmnində baş vermiş və hadisənin ölümlə nəticələnməsinin səbəblərindən biridə hər cür əxlaqi dəyərləri rədd etmək uğrunda musiqi yarışmaları keçirən televiziyalardı.
Qətlə yetirilən Şəhanə Şamilova anası Zəmilə Məmmədova kimi müğənnilik sevdasına düşür və həyat yoldaşı Muradın qarşısında öz şərtlərini diqtə etməyə çalışır.Lakin,Murad Şəhanənin ağlasığmaz təkliflərini rədd edir və normal ailə münasibətlərinin olması barədə ortaq mövqedən çıxış etmələrini istəsə də razılıq əldə olunmur.
Qəribəsi budur ki,Murad Şamilov barəsində istintaq orqanları ədalətli mövqedən çıxış etsədə,Məhkəmə hüquqa əsaslanmayan fors-major qərəzli mövqe sərgiləmişdir.
Hazırda hər iki tərəf Apellyasiya Məhkəməsi vermiş və bu gün hazırlıq iclası keçirilmişdir.
Mövzu diqqətimizdədir.
İnci Osmanqızı