Bu ölkədə “Twitter” qadağan olundu
Tarix: 06.06.2021 / 09:48 •
Oxundu: 162 dəfə •
Nigeriya hökuməti ölkə əhalisinin “Twitter”dən istifadə etməsinə qadağa qoyub.
İDEAL Media.az xəbər verir ki, bununla bağlı Nigeriyanın baş prokuroru və ədliyyə naziri Abubakar Malami əhaliyə müraciət edib.
Bildirilib ki, “Twitter” sosial şəbəkəsi ilə bağlı qadağanı pozanlar cəzalandırılacaq. Eyni zamanda, baş prokuror qayda pozanların dərhal aşkarlanması və mühakimə olunması ilə bağlı müvafiq dövlət orqanlarına təlimat verdiyini açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl Nigeriyanın İnformasiya və mədəniyyət naziri Lai Mohammed ölkə üzrə “Twitter”in iyunun 5-dən bağlandığını elan edib. Nazir sosial şəbəkənin Nigeriyanın birliyini və təhlükəsizliyini pozmağa çalışanlar tərəfindən daim istifadə olunduğunu söyləyib