Bu gün:


NAZİM QULİYEV: Repressiyalara SON verilməlidir !

Tarix: 27.06.2021 / 23:07  •   Oxundu: 419 dəfə  •  

Mülkiyyətini ələ keçirmək amacıyla fiziki məhvinə sifariş edilən iş adamı Tapdıq Namazov hazırda olum-ölüm dileması qarşısındadır.

Fors-major həbsindən şok yaşamış Tapdıq Namazov həbsxanada öz ailə üzvüləri hesabına ürək əməliyyatı keçirdikdən sonra,inkvizisiya səngiməmiş və "ştrafnoy batalyon" adıyla tanınan 12 Saylı konslagerə yatap edilmişdir.

Aylığı 300 manata məhkumlara icarəyə verilmiş Tibb Sanitar Hissəsində belə Namazova qarşı repressiyalar davam etdirilir və O,düşünülmüş şəkildə təxribat törədilməsinə hesablanmış uyğun olmayan şəxslərlə eyni kamerada saxlanılmaqdadır.

Dərman pereparatları, qəssab ("həkim") pulu ailə üzvüləri hesabına ödənilsədə heç bir müsbət nəticə hasil olmamış,əksinə qıçları şişmiş,hərəkət etmək,nəfəs almağı belə kritik həddə çatmışdır.

Digər məhkumlardan fərqli olaraq,Namazovun telefon danışığı yasaq edilmiş,ailə üzvülərilə görüşə veto qoyulmuş,müayinə-müalicə hüquqları deformasiyaya uğradılmışdır.

Sistemdə idarəetmə qanundankənar qaydalar və direktivlər üzrə icra edildiyindən,İnsan ölümünə belə heç kim məsuliyyət daşımadığından hər gün öldürülənlərin sayı yol qəzasında ölənlərin sayından çoxdur.

Ölkədə mövcud reallıqları əks etdirən Statistika olardısa bunu görmək və bilmək asan olardı.

Erməni diversant Arsen Baqdasariyana qarson xidməti göstərən,hər gün üç dəfə əzalarını massaj etməkdən zövq alan,çörəkləri ağxalatlı bacılarının bədənlərindən bir neçə formada qazanan namus alverçiləri Tapdıq Namazovun fiziki məhvi üçün sifarişi hansı ermənikökənlidən alıb?

Bu nə cür idarəetmədi?

Atanı,oğulu həbs edib xüsusi mülkiyyətinə sahiblənmək!!!!

 Beynəlxalq hüququn norma və prinsiplərinə görə,hərbi əsirlər belə tibbi müayinədən keçmək hüququ tanınır.

Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsi hansı dövlət,hansı millət üçün keçərlidir?

Böyük şor qəsəbəsi 8-ci köndələndə yerləşən "Müalicə Müəssisəsinin cənnət məkan" adlandırılan otaqlarda ayını 5000 nanata icarəyə verdiyiniz şəxsiyyətsiz narkobaronlar,sutenerlər,dövlətə və Xalqa xəyanət etmiş kriminal-korrupsioner məəmırrlara satellit xidmət göstərənlərdə azda olsa vicdan varsa, Dövlətinə və onları bu vəzifəyə təyin edən Prezidentədə xidmət göstərsinlər.

Vətəndaş məmnunluğu budurmu?

İnkvizisiyaya müəlliflik edənin tayfasında xəstələnəni,acı yaşayananı yoxdurmu?

Tumarladıqları baş,köks ötürdükləri ürəkləri yoxdurmu?

İçlərində bir ədəd belə üzünə kitab oxuya bilən adam balası,şüurlusu yoxdurmu?

Tapdıq Namazovun qanunsuz olaraq azadlığı məhdudlaşdırılıb.

Konstitusiyanın Vətəndaşa, Məhkumlara tanınan bütün hüquqları üzərindədir və onu hiss etməlidir!

Repressiyalara təcili  SON verilməsini tələb edirik!