Bu gün:


"Fənərbaxça"ya yeni baş məşqçi təyin olundu

Tarix: 03.07.2021 / 09:13  •   Oxundu: 118 dəfə  •  

"Fənərbaxça"nın yeni baş məşqçisi müəyyənləşib.

İDEAL Media.az xəbər verir ki, bu vəzifəyə Victor Pereyra təyin olunub. Onunla 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, portuqaliyalı mütəxəssis 2015/2016 mövsümündə də İstanbul təmsilçisini çalışdırıb. Onun son klubu "Şanxay SİPQ" (Çin) olub.

Xatırladaq ki, "Fənərbaxça"da bu ilin mart ayında baş məşqçi Erol Bulut istefaya göndəriləndən sonra komanda Emre Belözoğluna tapşırılmışdı. E.Belözoğlu ilə də ötən ayın əvvəli yollar ayrılmışdı.