Bu gün:


NAZİM QULİYEV: Aləm oğlunun intim məzhəkəsi...

Tarix: 10.07.2021 / 20:12  •   Oxundu: 255 dəfə  •  

Aləm adı gələndə autentik ağıla gələn variant,bir zamanlar "ölkəni demokratik gələcəyə" aparmaq adı ilə "antoqonist" Hacı Kambarın təsisçisi olduğu "yeni müsavat"ın əlavəsi olaraq "aləm" adlı erotika qəzeti düşür.

Düzdür o zaman bu üzdəniraq fərari erotik qardaşları başa saldılar ki, belə bir qəzet cəmiyyət üçün yararsızdır və ailə üzvləriniz üçün keçərlidir.
Və erotik qəzetlə tantrik həyat yaşayan mövcud anoloqsuzlar preambulaya uyğun olaraq  cütləşib əməkdara çevrildilər.

Ötən günkü Suraxanı Rayon Məzhəkəsində baş verən intim söhbətlər barədə canlı yayında lazım olan informasiyanı desəmdə...

Həyat yoldaşı tərəfindən dubtat Elman Nəsirliylə sıcaq münasibətdə olduğu iddia olunan Xumar Cabbarovanın xahişilə həmin prosesdə iştirak etdim.

Məhkəmə saat 16:00-a təyin olunsada 15:30-dan hadisə yerində oldum. Aləm oğlu Elnurun katibi 4 dəfə Mənə yaxınlaşıb hansı tərəfdən gəldiyimi,tanıdıqlarını,hörmətləri olduqlarını,maraqlarımı və s,soruşsada...

Zal saat 15:00-dan boş idi.

Məhkəmə prosesi 16:38-də hakimin zala intim giriş etməsilə başladı.

Zala daxil olan Elnur Nuriyev sifətini Mənə tərəf tutaraq bildirdi ki: " bir ailənin intim söhbətləri müzakirə olunacağını nəzərə alıb kənar şəxslərin iştirakını məhdudlaşdırılmasını düşünürük."

Azərbaycan Respublikasının adından "Qətnamə-Qərar-Hökm" çıxaran Elnur Aləmoğlunun diqqətinə çatdırdım ki, burda intim müzakirə mövzusu ola bilməz!

Xüsusi İttihamçı Xumar Cabbarova təqsirləndirilən şəxsdən onun şərəf və ləyaqətini alçaldan,böhtanlarını sübut etmək və qanunçuluğun tələblərinə uyğun olaraq tədbir görülməsini ədalət mühakiməsindən xahiş edib.

X.Cabbarovanın şikayətində və əlavə edilmiş video disk,çap materialları arasında nə intimdən,nə tantrik seksdən,nədə ki,....söhbət getmir!

Başlıcası mövcud olayla bağlı cəmiyyət publik məlumatlıdır.

VƏ Xüsusi İttihamçı və ya Cavabdeh tərəf məhkəmənin qapalı keçirilməsi üçün vəsatət təqdim etməmişdir!

Ədalətin bərqərar olunacağı ünvanı xəyanət yuvasına çevirən Elnur Nuriyevin haqq-ədalət tərəzisini saxta bazar tərəzisilə səhv saldığıda aşkar görünürdü.

Prezidentin 2019-cu il aprelində (Məhkəmə hüquq sistemində islahatların dərinləşməsi) qəbul etdiyi qərardan xəbərsiz olan Suraxanı Məhkəməsinin Sədri əvəzinə baş məsləhətçi təşrif buyurub dediklərimi məmnunuyyətlə həzm rabedən keçirdikdən sonra, intim prosesini aparan Elnur Nuriyevin yanına getdi və...

Görünür Elnur meditasiya məziyyətində olduğundan,baş məsləhətçinin dediklərini də eşidə bilmirdi....