Bu gün:


Tiflisdə döyülən jurnalist öldü

Tarix: 11.07.2021 / 12:01  •   Oxundu: 87 dəfə  •  

Bir neçə gün öncə LGBT-yə qarşı keçirilən aksiyada döyülən “Pirveli” kanalının operatoru Lekso (Aleksandr) Laşkarava vəfat edib.

İDEAL Media.az xəbər verir ki, Gürcüstan DİN hadisə ilə bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi qaldırdığını açıqlayıb.

Laşkaravanın ölüm səbəbi bəlli deyil. Evində tapılan meyitində zorakılıq əlamətləri də yoxdur.

Qeyd edilir ki, o, 5 iyulda keçirilən aksiyada döyülüb, daha sonra bir neçə gün xəstəxanada müalicə aldıqdan sonra evə buraxılıb.