Bu gün:


NAZİM QULİYEV: Narkomafiya məsuliyyətə cəlb edilsin !

Tarix: 11.07.2021 / 17:11  •   Oxundu: 139 dəfə  •  

Bircə dəfə,təkcə bircə dəfə güzəştə getdinsə qız deyilsən!
Bircə dəfə,təkcə bircə dəfə damarını deşdinsə heç kişidə deyilsən!

Bu sözləri virtualda deyil,narkobaronların,narkomanların,bariqaların topunda demişəm və bir daha təkrarlayıram.

Son günlər çörəkləri şoumenlikdən çıxanlar narkotika əleyhinə çağırışlar edir.

Necəki hakimiyyətdən aylıq alıb icraçı məmurları tənqid atəşinə tutan maygülü "siyasətçi"lər kimi...

Əziz və hörmətli soydaşlarım!

Bu ölkədə pul gətirən canlı və cansız nə varsa,hamısının "sahibi" var!?

Bu ölkədə ən iri çaplı narkobaron Xalqa Dindən-İmandan moizələr oxuyur!?

Bu ölkədə "zloy" narkoman narkotikaya qarşı mübarizə aparır!?

Bu ölkədə narkotika deyil,siqaretin dadını bilməyənə narkotika çamuru atılır ki:"Sən niyə bizə qoşulmursan,narkoman deyilsən!?"

Bu ölkədə...

Bildiyiniz kimi 2008-ci yılda Ramizin,Əlinin kurasiyasında olan müxalifətkökənli 12 ədəd şərin dişisi Mənə qarşı istifadə və istismar edilərkən,universal ssenari üzrə əvvəlcə ARCM-nin 148-ci ("şərəf və ləyaqət") maddəsilə məsuliyyətə cəlb edilərək 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdim.

Azadlığa buraxılmağıma 01 ay qalmış Baş Prokuror yanında Korrupsiya idarəsinin mühüm işlər üzrə namus alverçisi (AR-sı qanunlarını sifarişin,direktivlərin,rüşvətin vassalına çevirmiş,çevirməkdə davam edən bütün nakəslərin ən yumşaq adı namus alverçisidir.) Tariyel Ələkbərov yanıma təşrif buyurdu  və bildirdi ki,azadlıqda- Masazır qəsəbəsi,Qaçaq Nəbi-20 ünvanındakı mənzildə olan pencəyinin cibindən 4 büküm geroin aşkarlamışıq.

Bunu kim təsdiq edər? sualına cabab olaraq bildirdi ki;"Mən,sahə müvəkkili,Abşeron Polisləri".

Bəs evin sahibəsi Selcan Xatun, sualına?....

Mühüm işlər üzrə oğraş cavab verə bilməyib,susdu....

Niyə cavab vermirsən???

Özü deyər Sizə...

Sözsüz ki, mövcud rejimin bir çox çörəyi namus alverçiliyindən çıxan alçaqlarının bu tip sayıqlamaları  həmişə tərəfimdən ayaqyolu maklaturasının fəxri fərmanı edilmişdir.

3 dəfə fərqli qurumlar tərəfindən qanımın yoxlanılması Təmiz Qanlı Türk olduğumu ratifikasiya etmişdi.

Kəlpəlioğlu Azər Orucovun məzhəkə prosesi dönəmində eşitdiklərim bu Vətən üçün etdiklərimə rəğmən Məni çox üzdü....

8 aylıq hamilə Selcan Xatun əleyhimə ifadə versin deyin başına silah dayayıblar və bətnindəki uşağı qətlə yetirəcəkləri təhdid,hədə-qorxularına baxmayaraq, O: "Nazim Quliyevin bir tükünü Sizin kimi milyonlara dəyişmərəm.İstərsiz körpəmidə öldürün ay..."

Türk qızı Selcan Xatun ona yaraşanı etmişdir.

Türk adından azərbaycan hökumətində təmsil olunan, debil məmurları donuz kimi otaran yüyənsizlər kimi döşlərinin gilələrini, erogen zonalarını istintaq materiallarının,məzhəkənin leytmotivi hesab etməzdi.

Azərbaycan Respublikası adından "hökm" verən alçaq və alçaq Azər Kəlpəlioğlu soyadlı namus alverçisinə SELCAN XATUN dəfələrlə rəsmi müraciət etdi ki, O, heç olmasa  şahid qismində dindirilsin...

Məzhəkə prosesində belə dinlənilməsinə maneə yaradıldı.

Bunun adlarından biridə faşizmidir.

Ömrümdə bir dəfə olsun belə bir çox məmurların özlərinin və ailə üzvülərinin menyusunu təşkil edən nəinki narkotika,siqaretin belə dadını bilməsəmdə...

234.1-ci maddəsi üzrə, arvadına,qızına,gəlninə haqqı pozulan kişilər hesabına alt paltarı alan "hakim" Azər Kəlpəlioğlu Mənə 2 il cəza verdi.....

Nə isə...

Paytaxt Bakı bütövlükdə kamera altındadır.

Hətta Vətəndaşların yataq otaqlarına burnunu soxanlar son illərin analoqsuz islahatlarındandır.

Nədən narkobaronları,bariqaları təsbit edən,de-şifre edən yoxdur!?

Bu Farslar bütün bunları bu qədər geniş masştabda realizə edə bilibsə,deməli istədikləri vaxt millətin həyatınada son verə bilərlər!

Qeyrəti olan narkoman olmaz!

Narkomanın qeyrəti olmaz!

Narkomanın Vətəni-Dövləti-Sevdikləri-Ləzzət ala biləcəyi duyğusu,ruhu olamaz!

Narkomafiyanın,narkobaronların,bariqaların,narkomanların  tezliklə  içimizdən təmizlənməsini,de-şifre olunmalarını tələb edirik!

Biz Sağlam ruhlu, Ləyaqətli,Etibarlı,Sadiq,Vicdanlı,Hüquqi,Demokratik AZƏRBAYCAN  VƏTƏNDAŞLARININ  güvənə biləcəyi Ölkənin VƏTƏN-DAŞI olmağı hədəfləyirik!

Hava isti olsada idmanla sərindir!