Bu gün:


NAZİM QULİYEV: Yemləndirənlər xalis reket, özlərisə ələbaxan riyakarlardı...

Tarix: 18.07.2021 / 15:34  •   Oxundu: 122 dəfə  •  

30 ildir ki, İnsanlığa,Ləyaqətə,Əqidəyə,Vicdana,Azad Sözə,Demokratiyaya,Hüquqi Dövlətə qarşı  müharibə aparılır.

30 yıldır ki, sistemin arsenalını atılmış,satılmış,dezertirlərdən,namus alverçilərindən ibarət qotur bir "media" naxırı yaradıb, yemləsədə,hətta əməkdar stiqmasıyla nişanlasada məhsul götürə bilmir.

Rentabellik səviyyəsi pilintusla sıfırın arasındadır.

30 yıldır ki, hökumət tərəfindən yemləndirilən naxır həmdə özüylə mübarizə apara bilmir,iradəsizdir,zəifdir,qorxaqdır,yaltaqdır,şərçidir,böhtançıdır.

Yem verənləri xalis Reket,özlərisə ələbaxan tulalardı.

30 yıldır ki,Azərbaycan Mətbuatına qarşı qara piar kompaniyası aparırlar.

Kriminal korrupsioner reketlərin universal ssenarisi üzrə öz adlarını başqalarına çamurlamaq adıyla kütlə şüurunu,Vətəndaş cəmiyyətini aldatmaqda davam etsələrdə məğlub oldular.

İçlərindən sındılar,30 yıl bir yastığa baş qoyanlar bir-birini fahişəlikdə ittiham etdilər!

30 yıl Mənə qarşı hökumət səviyyəsində hücumlar,şər-böhtanlar yağdırdılar.

Hökumətin "müxalifət imicində" saxlamaq istədiyi şenok mediası 3 yıl, məhz 3-cü henrikin (R.Mehdiyev) konslagerində girov saxlanılırkən  ünvanıma hər gün çamur atsada,hər gün atdıqları hələlik mənsiz yedizdirilir.

Məni girov götürməklə 100-dən artıq ailənin çörəyini kəsdilər.Evlərinə hədə-qorxu gəldilər ki, əleyhimə ifadə alsınlar.Ağızları boş qaldı.

Hökumət 30 yıldır ki,məhz Müstəqil Medianı məhv etmək,öldürmək,həbsxana yaşatmaq uğrunda gücsüzlüyünü göstərməkdə davam edir!!!

Qalib və məğlub ortadadır!

Kəfənə bürünüb gəzən adamı doğrudanmı həbsxana ilə qorxuzmaq kimi debil düşüncədə olan varmış!?

Prezidentin satqın köməkçisi,Müstəqil Medianın qatili qapançı elminin professoru Həsənov Əli Məhəmmədəli oğlu KİVDF-dən oğurladığı 7.000000 manatı niyə qaytarmır?

Səfərli Vüqar, AM Şurasının sədri am-aşovun ağızları haralarından cırılmışdı ki,qapançıdan gizlin bu qədər pulu özbaşına gizlin həzm rabedən keçirsinlər?

Doğrudanda Hüquqi Dövlətdə yaşayırıqsa,AR-sı Konstitusiyasında yazılanlar doğrudursa,Cinayətin əsas təşkilatçısı və moderatoru reket-Əli Həsənov niyə həbs edilmir???

Jurnalistlərin adına tikilən mənzilləri şortu-biznesin yüyənsizlərinə,visajist,massajistlərə paylayan kim olub?

Hansı namus alverçisi edib bütün bu kimi qəhbəlikləri ???

12 istismar müddəti bitmiş QıF-ın arxasına arxa olub, ehtimal və mülahizələrlə dövlət büdcəsini oğurladığınız kimi azadlığımıda oğurladınız!!!
Hətta iftira krujevalarını düzənləyərkən arxalarına arxa olduğunuz QıF-lar sifarişçini de-şifre etdi.

1 manat bir kimsədən pul almağımla bağlı ortaya sübut qoya bilmədiniz!

Özünü,qızını,bacısının bədənlərini satanlardan pul almaq kimi xəstə təxəyyüllün nəticəsidir ki,hökumətin  "media qvardiyası" söyüş tuluğundan başqa heç nəyi ifadə etmir.

Bu qədər pulu bu tip onurğasız və onursuz subyektlərə ayırırsınız ki, cəmiyyətin nifrət vektoru, çəlləyinizin qıcqırtısı aləmi bürüsün?

Həsənov Əli Mənə və başqalarına qarşı alçaqlıq etsədə,alçaqlara münasibətdə qayğıkeşlik edib,şərait yaradıb.

Lakin,bu gün yaxşılıq etdikləri onun yamaqlarını sökür,söyür,alçaldır....

Bunu dərk etməkdən ötrü çoxda ağıllı olmaq lazım deyil, şüurlu İnsan olmaq yetərlidir.

22 İyulun Mətbuat gününün nə Əkinçilə,nədə ki, Həsən Bəy Zərdabi məfkurəsilə heç bir əlaqəsi yoxdur