Rusiyanın planı üzə çıxdı
Tarix: 27.07.2021 / 12:45 •
Oxundu: 199 dəfə •
Rusiya mümkün nüvə müharibəsi zamanı hərbi birliklərin idarə oluna biləcəyi təyyarənin istehsalına başlayıb.
Nüvə müharibəsi kimi dəhşətli fəlakətlərə yol açacaq müharibələr zamanı istifadə olunacaq layner “Qiyamət günü təyyarəsi” də adlanır. Rusiyanın Müdafiə Sənayesindəki mənbə Ria novosti agentliyinə açıqlamasında bildirib ki, ölkənin hərbi hava və kosmik qüvvələrinin idarə olunacağı təyyarə rəsmi formada İl-96-400 adlandırılır. Bu təyyarədən hazırda 1 ədəd istehsal olunur. Daha 2 təyyarə isə gələcəkdə istehsal olunacaq.
Bildirilir ki, mümkün nüvə müharibəsi zamanı əmrlərin verilməsi yerüstü qərargahlardan mümkün olmasa, əmrlərin verilməsi üçün bu təyyarələrdən istifadə olunacaq. Həmin təyyarədən həmçinin ordu komandalarının təxliyəsi zamanı da istifadə oluna bilər