Bu gün:


Yanğında ölən gəncin xəbərini verən "HaberGlobal"ın aparıcısı ağladı

Tarix: 30.07.2021 / 15:01  •   Oxundu: 120 dəfə  •  

Türkiyənin "HaberGlobal" televiziyasının aparıcısı Buket Güler yanğında həyatını itirən gəncin ölüm xəbərini təqdim edərkən göz yaşlarını saxlaya bilməyib.

Marmarisdə yanğınsöndürənlərə su daşıyarkən həyatını itirən Şahin Akdemirin ölümü bütün Türkiyəni ağladıb.

25 yaşlı Şahin Akdemir könüllü olaraq yanğının söndürülməsinə kömək etmək istəyirkən, həyatını itirib. "Bir ağacı belə qurtarmağa yardımım dəysə sevinərəm" deyərək yanğının söndürülməsi üçün əlindən gələni edirdi.

Onun ölüm xəbərini verən aparıcı göz yaşlarını saxlaya bilməyib.