Pentensiar Xidmətdə təkzib olunan təsdiqlənmiş faktlar
Tarix: 05.08.2021 / 19:09 •
Oxundu: 451 dəfə •
Vətəndaşlarımızın "İdeal Media"-ya ünvanladığı müraciətlər səngimək bilmir. Məhkum ailələri təkcə öz yaxınlarının cəzaçəkmə müəssisəsində qarşılaşdığı problemlərlə bağlı deyil, ölkəmizdə müstəqil media təsisatlarının olmamasından da narahatdırlar.
Müraciət edən vətəndaşların şikayətinə uyğun olaraq Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri polkovnik Mehman Sadıqovla əlaqə saxladıq. Cənab Sadıqov suallarımıza ətraflı və natamam cavab verdi. İlk sualmız hazırda 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Qurbanov Məmməd Əsəd oğlu ilə bağlı oldu. Ailəsinin nigarançılığına, bir həftəyə yaxındır ki, onunla telefonla əlaqə saxlaya bilmədiklərini onun diqqətinə çatdırdıqda Mehman Sadıqov məhkuma qarşı heç bir təhlükənin mövcud olmadğını israr etdi.
Digər sualımız Şəki Pentensiar müəssisəsində cəza çəkən 2012-ci ildən adam ölümü ilə cəza çəkən Rüstəmov Kamran Kamal oğlunun 31 avqust 2021-ci il tarixdən quru aclıq aksiyasına başlaması ilə bağlı idi. Cənab Sadıqov həmin şəxsin qanunsuz əməlləri barədə geniş məlumat versə də, aclığa başlaması ilə bağlı hər hansı bir informasiyaya malik olmadığını bildirdi.
Onkoloji xəstəlik daşıyıcısı Heydərov Eldəniz Abbas oğlunun həyat yoldaşı və övladlarının bildirdiyinə görə, ağır xəstəyə hava verilmir və zəruri oksigen təminatının olması üçün qanundan və insanlıqdan kənar müəssisə rəhbərliyini "görmək" ehtiva olunur. Eyni zamanda hər hansı bir müalicə və müayinədən söhbət getmədiyi bildirilir. Mövcud faktla bağlı da Mehman Sadıqov özünəməxsus tərzdə cavab verərək, sanki, hüquqi dövlətin vətəndaşı təəssüratı yaratdı.
O bildirdi ki, müalicə müəssisəsində məhkumların saxlanma şəraitini müəyyən edən həkimlərdir. Həkimlər göstəriş verdiyi halda administrasiyanın nə ixtiytarı var ki, onu yerinə yetirməsin. Cənab Sadıqovun bilgisinə əlavə bilgi qatmaq məqsədilə məlumat verək ki, Ədliyyə nazirliyi Tibb Baş İdarəsi müalicə müəssisəsinin baş həkimi Cəlilov Nicat Vidadi oğlunu həkimlik kriteriyalarından başqa nəyə desən istifadə etmək olar və bu adam müalicə müəssisəsinin rəisi Mail Məmmədovun ən yaxşı halda buyuruqçusudur. Nicat Cəlilovun missiyası pulsuz və kasıb məhkumların qətlə yetirməkdir. İkinci missiyası aylar üzrə tələb olunan icarə pulunun vaxtlı-vaxtında toplayıb rəhbəri Rəfail Mehdiyevə çatdırmaqdır.
Üçüncü məqsədi "ağ xalatlı xanımlar"ı təyinatı üzrə realizə etməkdir. Hörmətli Mehman müəllimin ənənəvi dezinformasiya yaymamasından ötrü səhih informasiya vermək borcumuzdur. "Ağ xalatlı xanımlar"dan Dəri şöbəsinin tibb bacısı Gülbahar İbrahimova, Psixiatriya şöbəsinin tibb bacısı Maral Quliyeva, Terapiya şöbəsinin tibb işçisi Səidə Məmmədova, Laboratoriyanın tibb əməkdaşları Leyla Quliyeva və Tünzalə Vahabova, Cərahiyyə şöbəsinin əməkdaşı Arzu Məmmədova, Kardioloq Vüsalə Məmmədova, Qadın şöbəsindən mayor Səadət Əzizova və s. Bəli, indi oxuyub gülümsəyirlər ki, bunlar bu dəqiqlikliləri hardan bilirlər?
Hörmətli Sadıqov həm də bilməlidir ki, müalicə müəsisəsi adlı məkan imtiyazlı məhkumların oylağı, xəstə məhkumların dəfn edildiyi qəbiristanlıqdır. Eyni zamanda rəis Mayıl Məmmədovun qohum-əqrəbasının məşğulluq mərkəzidir.
Yuxarıda adlarını çəkdiyimiz şəxslərin konstitusion hüquqlarının olduğunu nəzərə alıb tədbir görmələrini istərdik.
Mövzu diqqətimizdə olduğu üçün məsələyə bir də qayıdacağıq.