Bu gün:


“Taliban” prezident sarayına daxil oldu

Tarix: 16.08.2021 / 09:55  •   Oxundu: 134 dəfə  •  

Əfqanıstanın bölgələrinə nəzarəti təmin etdikdən sonra silahlı qarşıdurmasız paytaxtı Kabilə gələn radikal “Taliban” hərəkatının üzvləri prezident sarayına daxil olublar.
 
Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
 
"Taliban" silahlıları prezident sarayına daxil olmazdan bir neçə saat əvvəl Əşrəf Qani prezident vəzifəsindən istefa verərək ölkəni tərk etmişdi.
 
Qeyd edək ki, "Taliban" yaraqlıları prezident sarayına daxil olarkən otaqları bir-bir gəzərək saraydakı vəziyyətlə tanış olublar.