Yunanıstan vətəndaşı olan həkim də Laçından keçərək Qarabağa gəldi..
Tarix: 17.08.2021 / 08:25 •
Oxundu: 118 dəfə •
Azərbaycan dövləti və ictimaiyyətinin dəfələrlə xəbərdarlığına rəğmən Laçın dəhlizindəki rəsmən sülhməramlı Rusiya hərbi kontingenti rəsmi Bakının razılığı olmadan xarici vətəndaşları ölkəmizin ərazisinə buraxmaqda davam edir.
Dünən – avqustun 16-da Yunanıstan vətəndaşı olan ginekoloq-endokrinoloq Sofiya İvanidu da Laçından keçməklə dövlət sərhədimizi pozub Qarabağa gəlib.
İDEAL Media.az xəbər verir ki, erməni mənbələrinin yaydığı məlumata görə, yunan həkim 17-20 avqust tarixlərində Xankəndindəki "Ana və uşaq sağlamlığı mərkəzi”ndə uşaq və yeniyetmələr üçün pulsuz müayinələr keçirəcək, qadınları müayinə edəcək və onlara məsləhətlər verəcək.
“Sofiya İvanidu Afina Dövlət Universitetinin doğum və ginekologiya kafedrasının müəllimi, tibb elmləri doktorudur”- xəbərdə belə deyilir.