YENİ QANUN: “GET PULUNU PREZİDENTDƏN AL...”
Tarix: 20.08.2021 / 16:30 •
Oxundu: 323 dəfə •
Sumqayıt İcra Hakimiyyəti Başçısı Zakir Fərəcovla bağlı iş materialları Baş Prokuror Yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsində araşdırılmağa başlanıldı.
26 May 2021-ci il tarixdə Prezident Administrasiyasının qarşısında özünü yandıraraq qəsd etmiş Həsənov Mətləb Səfər oğlu bu gün Baş Prokuror Yanında KQMBİ-nə dəvət edilmişdir.
Prokurorluğun müstəntiqi Xanım Nigar Nəcəfli özünə qəsd edərək 3-cü dərəcəli yanıq xəsarəti almış Mətləb Həsənovdan ətraflı izahat almış və ona vurulmuş fiziki- maddi və mənəvi zərərlə bağlı tədbir görülməsini vəd etmişdir.
Qeyd edək ki,zərərçəkmiş Mətləb Həsənov Sumqayıt dəniz kənarı parkın abadlaşdırılması istiqamətində 70.000 manat xərcləməsilə bağlı çəkdiyi xərcləri Sumqayıt Şəhəri İcra Hakimiyyəti Başçısı Zakir Fərəcovdan istəsədə, hər dəfəsində görüşə bacısı oğlu “RJU” rəisi Həsənov Hüseyn Sovet oğlunu göndərməklə aldadır.
Yalanlardan bezən Mətləb Həsənov çıxış yolunu özünə qəsd etməkdə görür və Prezident Administrasiyasının qarşısında özünü yandırır.
Faktla bağlı Polis və Prokurorluq Orqanları məlumatlı olsalarda heç bir əməli tədbirlər görülmədiyilə bağlı İDEAL-a rəsmi müraciət ünvanlayan zərərçəkmiş Mətləb Həsənov özünə qəsd etdikdən sonra,öz təşəbbüsü ilə yenidən başçı Fərəcovun sağ əli hesab edilən bacısı oğlu Hüseyinlə görüşür və pulunu istəyir.
Sovet oğlu Hüseyin Həsənov bildirir: “Get pulunu Prezidentdən al...”
Rüfət Kamil