Bu gün:


Şimali koreyalılara Kim Çen Inın görünüşü barədə danışmaq qadağan edildi

Tarix: 21.08.2021 / 18:41  •   Oxundu: 277 dəfə  •  

Şimali koreyalılara arıqlayan ölkə lideri Kim Çen Inın görünüşü və sağlamlığı mövzusu qadağan edilib.

Bu barədə "Radio Free Asia" xəbər yayıb.

Adının açıqlanmasını istəməyən, Pxenyanın cənubundakı Sarivon şəhərinin sakini qadağaya baxmayaraq ölkə liderinin sağlamlığının pisləşməsi ilə bağlı danışmaların davam etdiyini bildirib. O əlavə edib ki, bu mövzuda söhbətlər qadağandır, amma insanlar hələ də bu barədə bir-biri ilə danışırlar.

Qərb mediasında 39 yaşındakı siyasətçinin sağlamlıq vəziyyəti, xüsusən də ictimaiyyətə görünməyi dayandırması müntəzəm olaraq gündəmdədir. Belə ki, ötən ilin aprel ayında Kim Çen In Şimali Koreyada milli bayram olmasına baxmayaraq, babası Kim Ir Senin doğum günündə iştirak etməyib. Bundan sonra, onun ürək əməliyyatından sonra ağır vəziyyətdə olduğu barədə məlumatlar ortaya çıxdı, amma bu məlumatlar təsdiqlənmədi.