ABŞERON POLİSİNDƏN PREZİDENTƏ ŞİKAYƏT
Tarix: 29.08.2021 / 20:14 •
Oxundu: 1 119 dəfə •
Zəngilan Rayon sakini,hazırda Sumqayıt Şəhəri,11-ci mikrorayonda yaşayan Səfərov Nazim Nəriman oğlu Dövlət başçısı İlham Əliyevə,Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevaya,Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi,cənab Əli Nağıyevə,Daxili İşlər Naziri cənab Vilayət Eyvazova,Baş Prokuror cənab Kamran Əliyevə,İDEAL Media Group-a müraciət ünvanlamışdır.
Müraciəti ixtisarla diqqətinizə çatdırırıq:
"...Zəngilan Rayonundan məcburi köçkünük.Tez bir zamanda nəhayət ki,öz el-obamıza dönmək,milli-mənəvi dəyərlərimizi dadmaq,İnsanlıq-İnsan hüquq və Əsas azadlıqlarını hüquqi dövlətçilik İdealları naminə hiss etmək amacıyla həmin möhtəşəm günü səbirsizliklə ona görə arzulayıram ki,hakimiyyət resurslu məmurların Mənə və Mənim kimi hüquqsuz Vətən-daş-lara münasibətdə hüquq və əsas azadlıqları tanınsın!!!
Çox ümidsiz və bədbinəm.
San ki,sahibsiz səhraların sakini olaraq ətrafda heç kəsin olmadığı mənzərədən su istəyirəm:
Nə isə...
Xüsusi mülkiyyət hüquqi ilə mənə məxsus olan 2013-cü il buraxılışlı "Qrand şiroki" markalı, 99-CD-888 dövlət qeydiyyat nişanlı (rəng asfalt) avtomobil əvvəllər tanımadığım Zaur adlı şəxsə etibarnamə ilə satmışam.
Avtomobili məndən alan Zaur pulunu həmin günü verə bilməmiş və telefonun sönük olduğunu məchulluğu enerji çatışmamazlığı ilə əlaqələndirilmişdir.
Bu barədə bir az sonra...
Məlum olmuşdur ki,Zaur və onun ortağı Kərimov Akif Bəkir oğlu Xüsusi mülkiyyət hüququ ilə mənə məxsus 2013-cü il buraxılışlı 99-CD-888 Dövlət Qeydiyyat nişanlı avtomobilimi Mehdiabad Polis Bölməsinin rəis müavini Xəqani Bəhrəmova satmışdır.
Cinayət ortaqlarından Kərimov Akif Bəkir oğlu həbs edilsə də Zaur hələ də azadlıqda istədiyi oyunu oynamaqdadır.
Bizi düşündürən və mütəəssir edən əsas amil bundan ibarətdir ki, mövcud dələduzluq faktının araşdırılmasına məsul edilmiş Abşeron Rayon Polis İdarəsinin müstəntiqi Vasif Zeynalov Bizimlə davranış və danışıqlarında dövlət və İnsanlıqla heç bir əlaqəsi olmayan mövqe sərgiləməsidir!?
Müstəntiq Mənim pozulmuş hüquqlarımın bərqərar olunması istiqamətində hər hansı formada iş görməməsilə yanaşı təhdid dililə danışması,ətrafımızdakı İnsanlara hədə-qorxu gəlməsi üzücüdür.
Müstəntiq cənab Vasif Zeynalov mövcud işə heç bir aidiyyatı olmayan yaxınım və iş adamı Süleymanov Telman Eldar oğluna telefon açaraq idarəyə gəlməsini və qeyri-leqal pul ödənişlərinin ödənilməsini tələb etməklə yanaşı, "baxarsan", "görərsən" və.s...,ifadələrin işlətməsi sözün tam mənasında utancvericidir.
Sonda Səfərov Nazim Nəriman oğlu dövlətinə,Ali Baş Komandanına böyük məmnuniyyət hissilə güvəndiyini,doğma El-Obası Zəngilanın erməni işğalından azad edilməsinə görə təşəkkür etdiyini ifadə etməklə yanaşı,xüsusi mülkiyyət hüququ ilə ona məxsus 2013-cü il buraxılışlı 99-CD-888 Dövlət Qeydiyyat nişanlı avtomobilinin dələduz şəbəkənin əlindən alınması istiqamətində zəruri tədbirlər görülməsini xahiş edir!".
Olmaz belə.
Ona görə olmaz ki, artıq Polis Sistemində, o cümlədən, Bakı Şəhəri Baş Polis İdarəsində Rəis müavini Vüqar Ələkbərov, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Rəisi Əbülfət Rzayev və bu kimi onlarla dövlətini,Xalqını sevən savadlı-mənəviyyatlı yüksək çinli zabitlərimiz VAR...
Mövzu diqqətimizdədir.
Cavid Camal
