Əcaib idarəetmə
Tarix: 30.08.2021 / 14:38 •
Oxundu: 215 dəfə •
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Birinci müavini Teymur Səmədovdan aldığımız cavab məktubu bizə fonoqramma oxuyan mütrüfləri xatırlatdı. Cavab məktubundan göründüyü kimi Azərbaycan Respublikası Prezident Adminstrasiyası Həsənov Mətləb Səfər oğlunun müraciəti araşdırılması üçün yenidən problem yaradan qurumun üzərinə göndərilmişdir.
Dəhşət deyil faciədir!
Vətəndaş Mətləb Həsənov 3 ay bundan öncə hüquqlarının bərqərar olması naminə məhz Prezident Adminstrasiyasının qarşısında özünü yandırması faktı ilə kütləvi informasiya vasitələrində getmiş yazılardan bəlli olur ki, Sumqayıt Şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov və onun sağ əli sayılan bacısıoğlu Sovet oğlu Hüseyn Həsənov Mətləb Həsənova 70 000 manat borcludur və fakt üzrə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində artıq araşdırmaya start verilmişdir.
Apardığımız araşdırmalar nəticəsində məlum olmuşdur ki, məktubda adı qeyd olunan Fərəməz Süleymanov adlı şəxs Mətləb Həsənovla eyni vaxtda işə başlamış və vətəndaş özünə əl qaldırdıqdan sonra İcra Başçısı Zakir Fərəcov fors-major Fərəməz Süleymanovla “müqavilə imzalayıb” ictimailəşdirilmiş proseslərdən kənarda qalma arzusunu reallaşdırmışdır. Faktiki olaraq Mətləb Həsənovun dövlət başçısı cənab İlham Əliyevin Sumqayıt şəhərinə səfəri çərçivəsində Dənizkənarı parkın abadlaşdırılması istiqamətində gördüyü işləri onlarla vətəndaş təsdiq etməkdədir. Dövlət başçısının ümumilli maraqlara söykənən məqsədyönlü siyasətinin, o cümədən vətəndaş məmnunluğu “Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm!” ifadələrinin məhz bu cür mənfur addımlarla kölgəyə salmış olurlar.
Mövzu diqqətimizdədir.
Cavid Camal