"Google"dan "Taliban"a xoş olmayan JEST
Tarix: 04.09.2021 / 10:03 •
Oxundu: 104 dəfə •
Amerikanın "Google" şirkəti, "Taliban" hərəkatına rəğmən Əfqanıstanın keçmiş rəhbərliyinin işçilərinin e-poçt hesablarına girişi müvəqqəti olaraq dayandırıb.
İDEAL Media.az xəbər verir ki, bu barədə açıqlamanı "Reuter"s agentliyi verib. Məlumata görə, hakimiyyətə gələn taliblərin istifadəçi məlumatlarına və sənədlərinə girməməsi üçün hesablarını bloklamaq qərarına gəliblər. Agentliyin məlumatına görə, Əfqanıstanda təxminən 20 dövlət qurumunun "Google" hesabları var idi. Bu siyahiyə maliyyə, sənaye, təhsil nazirlikləri və prezidentin protokol xidməti daxildir.
Mənbənin sözlərinə görə, "Taliban" keçmiş məmurların işçilərinin şəxsi məlumatlarına və rəsmi yazışmalarına çıxışı təmin edəcək e -məktublar əldə etmək istəyir. Əlavə olaraq, hakimiyyəti dəstəkləyən xarici tərəfdaşlar haqqında məlumatlara malik olmağa can atır. "Google"un da daxil olduğu "Alphabet", hökumət hesablarının bloklandığını təsdiqləməyib.