Bu gün:


“Taliban” sözçüsü Pənçşirin tamamilə nəzarətə götürüldüyünü elan etdi

Tarix: 06.09.2021 / 09:30  •   Oxundu: 108 dəfə  •  

“Taliban” Əfqanıstanın şimalında yerləşən Pəncşir vilayətində nəzarəti tam ələ aldığını açıqlayıb.
 
Bu barədə sentyabrın altısı səhər saatlarında  “Taliban” qruplaşmasının sözçüsü Zaihullah Mücahid məlumat yayıb.
 
Açıqlamada həmçinin qeyd olunur ki, vilayət üsyançılarının bir qismi məğlub edilib, qalanları isə qaçıb.
 
“Taliban” vilayət sakinlərinə qarşı hər hansı təzyiq və təqib həyata keçirmək niyyətində olmadıqlarını açıqlayıb.