Bu gün:


Azərbaycan Ordusunun əsgəri intihar etdi

Tarix: 08.09.2021 / 16:17  •   Oxundu: 141 dəfə  •  

6 sentyabr 2021-ci il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məlikzadə Məmmədağa Zakir oğlunun həmin gün odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Gəncə Hərbi Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib:
Bildirilib ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə şahidlər dindirilib və müvafiq ekspertizalar təyin edilərək zəruri istintaq hərəkətləri həyata keçirilib.

Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməklə, istintaqın davam etdirilməsi Hərbi Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda iş üzrə zəruri tədbirlərin görülməsi davam etdirilir.