Bu gün:


Qobustan həbsxanasında narkomafiya qanunları

Tarix: 20.09.2021 / 18:39  •   Oxundu: 811 dəfə  •  

Tahir Yusubov dövləti və qanunları niyə tanımır?
 
Füzuli rayonundan məcburi köçkün, hazırda Lənkəran şəhəri Limon qəsəbəsi, bina 139A ünvanında yaşayan İmanov Zaur Şahlar oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Ədliyyə Nazirliyi Məhkəmə-Hüquq Şuarsının sədir cənab Fikrət Məmmədova İdeal Media Qrupuna müraciət etmişdir.
 
Müraciətdə deyilir. "...qardaşım 1995-ci il təvəllüdlü İmanzadə Allahverdi Şahlar oğlu 2015-ci ilin sentyabr ayında Lənkəran şəhəri Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını Pentensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində çəksə də rəis Çingiz Yunusov onu öz çirkin cinayət əməllərinə bulaşdırma cəhdi uğursuz alındığından dövlət və hüquqla əlaqəsi olmayan torba əməliyyatı həyata keçirərək onu Qobustan həbsxanasına sürgün etdirmişdir".

Qobustan həbsxanasının rəisi, narkobaron polkovnik Tahir Yusubov və onun müavini Rauf Nəbiyev qardaşımı hər gün müxtəlif üsullarla təhdid edərək öldürəcəklərini və dustağın qiymətinn 25 manat təşkil etdiyini bəyan edirlər".

Müraciətdə daha sonra:
"...qardaşım Allahverdi Şahlar oğlu İmanov barəsində məhkəmənin hökmü üzrə döyülmək, söyülmək, fiziki, tibbi, mənəvi işgəncələrə məruz qalsın kimi hökm və qərar olmasa da barəsində bu cür inkvizisiyaların tərtib edilməsinin dövlət və hüquqla heç bir əlaqəsi yoxdur.


Torpaqlarımız işğaldan azad edilsə də, ona qovuşa bilmirik. Torpaqlarımız erməni işğalından azad olunsa da insan hüquq və əsas azadlıqlarımız hələ də işğal altındadır.

Müvafiq dövlət qurumlarına etdiyimiz yüzlərlə müraciət özümüzə və ailə üzvlərimizə bumeranq yaşadır.

Qəribədir, bəlkə kimə müraciət etməli olduğumuz ünvanı düzgün yaza bilmirik? Bəlkə doğrudan da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində baş verən problemlərin həllindən ötrü baytarlıq idarəsinə, quşçuluq şirkətlərinə, Mədəniyyət və Turizm Nazirliyinə, Gənclər və İdman Nazirliyinə müraciət etmək lazımdır?

Əgər belə deyilsə, problemlərin həlli məhz Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən asılıdırsa o zaman vətəndaşın etdiyi müraciət nədən problem yaradan qurumun üzərinə yenidən göndərilir?

Biz hökumətimizdən  imtiyaz deyil, ədalət istəyirik.

Biz insan kimi yaşamaq istəyirik!

Biz Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarlarına hörmət edilməsini tələb edirik..." - deyə bildirilir.


Rüfət Kamil