Bu gün:


102 xidmətinin 22 saylı Taralov qanunları

Tarix: 20.09.2021 / 19:18  •   Oxundu: 1 032 dəfə  •  

Daxili İşlər Nazirliyinin 102 qaynar xətti vətəndaşların qarşılaşdığı problemlərə anındaca reaksiya vermək, preventiv tədbirlər görmək, vətəndaş məmnunluğuna nail olmaq istəyinə xidmət etməlidir. Lakin, amma, ancaq və çox təəssüflər olsun ki bu missiyanın icrası Nəsimi RPİ-nin 22 saylı polis bölməsinin təhqiqatçıları Nadir Rzazadə, Emin Qaralov, İsa Taralov şəxsində əks-təsir göstərir.

Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi 11 ünvanında fəaliyyət göstərən bir çox çayxana, bar, kafe adlı obyektləri vətəndaşlar "priton" kimi tanıyır və xəstəlik tapmaq üçün həmin ünvana yollanırlar.

Vətəndaşların şikayəti əsnasında 102 xidmətinə edilən şikayət üzrə kazusları araşdırmaq məqsədilə aidiyyəti üzrə 22-ci polis bölməsinə göndərilmiş və 22-ci polis bölməsinin təhqiqatçısı, polis kapitanı İsa Taralov vətəndaşın ünvanına göndərdiyi 28.08.2021-ci il tarixli "qərarı" başdan-ayağa mif, mifologiya və bleflərdən təşkil edilmişdir.

Zati-aliləri Taralov milli-mənəvi dəyərlərimizi vurmaq uğrunda əxlaqsızlığa qarşı savaşan vətəndaşın deyil çörəyi əxlaqsızlıqdan, dələduzluqdan, saxtakarlıqdan çıxan bir neçə ədəd dilənçi ünsürlərə yandaşlıq edərək şikayətçinin izahatını almadan, onu dinləmədən ittiham olunan tərəfin vəkili rolunda çıxış etmiş, sanki, qaranlıq dünyanın sakinləri barəsində qərar çıxarırmış kimi hüquqi dövlətin mahiyyətini unutmuşdur.

Hörmətli Daxili İşlər Naziri Vilayət Eyvazov, biz hesab edir və düşünürük ki, paytaxt Bakıda bir sıra əxlaqsızlıq yuvalarının bağlanmasında ədalətli mövqe sərgiləmişsiniz ("İnfiniti" bar və s. bağlanması) və bu cəmiyyətimiz tərəfindən təqdirəlayiq hal hesab edilmişdir. Şəxsi və korporativ maraqlarına xidmət edən Nəsimi RPİ-nin 22 saylı polis şöbəsinin təhqiqatçısı, polis kapitanı İsa Taralovun 28.08.2021-ci il tarixli HK-1/1314 saylı materiallarını diqqətdə saxlamaqla araşdırılması üçün müvafiq göstəriş verəcəyinizə və ən azından çörəyi əxlaqsızlıq yuvasından çıxan, mundirindəki müqəddəs atributların mahiyyətini dərk etməyən vəzifəli şəxslər barəsində ədalətli qərarlar qəbul edəcəyinizə inanırıq.

Məhz bu tip məsuliyyətsiz və heysiyyətsiz məmurların subyektiv qaralamaları nəticəsində paytaxt Bakıda xoşagəlməz və arzuedilməz cinayət hadisələri baş vermiş ailələrdə məyusluq yarratmışdır. 

Nəsimi RPİ-nin 22 saylı polis şöbəsinin təhqiqatçısı, polis kapitanı İsa Taralov kimi şəxslər unutmamalıdır ki, burası korlar şəhəri deyil. 

Afiyə Qurbanova