Bu gün:


Tanınmış idmançı koronadan vəfat etdi

Tarix: 25.09.2021 / 11:36  •   Oxundu: 84 dəfə  •  

Bu gün "Xalq Həyat" sığorta şirkətinin İdarə Heyətinin sədr müavini Aqşin Mehralı oğlu Yusifzadə koronavirus xəstəliyindən həyatını itirib.

Bu barədə Azərbaycan Kikboksinq Federasiyası məlumat yayıb.

47 yaşlı Y.Aqşin 14 gün idi ki, 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində müalicə alırdı.

Qeyd edək ki, ölkəmizin ilk kikboksinq ustalarından biri, ağır çəkidə dəfələrlə respublika çempionu, 1990-cı illərin sonu 2000-ci illərin əvvəli AKF-nin Milli Komandasının üzvü olan A.Yusifzadə 2009-cu ildə İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən kikboksinq üzrə dünya çempionatında ikinci olub.