Bu gün:


Saxtakarlığın Ədliyyə sifəti...

Tarix: 05.10.2021 / 11:06  •   Oxundu: 655 dəfə  •  

Totalitarizm- hətta əxlaqın kompetensiyasına  daxil olan üsul-idarəsindən biri, eyni zamanda aşkar faktların inkarıdır!
Hüquqi-demokratik dövlətlərdə bir qayda olaraq ədliyyə sistemi dövlətin onurğa sütunu hesab edilir və məhz dövlət bunun sayəsində öz məhvərindən qopmur.

Bilindiyi kimi, Ramiz Mehdiyev, onun Əli Həsənovundan, Əflatun Amaşovundan törənən Mamaşovların əməyi və əməli nəticəsində Azərbaycan mediası cəhənnəmə vasil olub,gorbagor olub.Hətta ədliyyə sisteminin özündə çalışan bəzi məsul şəxslər belə medianın sorğu vermək imkansızlığını açıq tekstlə ifadə edir və gerizəkalı olduğunu utanmadan etiraf edir.

Sitat: “Azərbaycan Respublikasının Prezident Administrasiyasına vətəndaş Nurlan Məmmədovun və digər sorğunu verənin şəxsində etdiyi müraciət əsasında aidiyyəti üzrə Ədliyyə nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi – Baş İdarə rəisinin müavini Mehman Soltanovun cavabı tragikomik və tragikazusdur.

NİYƏ?

Nurlan Məmmədov konkret faktlarla sübut edir ki, onun iştirakı və xəbəri olmadan cavabdeh tərəf yaş həddini azaldaraq ipotekaya mənzil götürmüş və eyni zamanda Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən reyestr nömrəsi və tarixlər saxtalaşdırılmışdır.

Cənab Soltanov faktları ard-arda düzənləyir, ratifikasiya edir, lakin özü-özünü inkar edir. 27.09.2021-ci il tarixli 05/ 6680-14 saylı cavab məktubu ilə sizi tanış edirik.

Sitat:

1. “Yasamal rayon qeydiyyat şöbəsindən əldə olunmuş məlumatda 2016-cı və 2017-ci illər ərzində sizin və ya Vəfa Allahverdiyevanın nikahının təntənəli qeydə alınması ilə bağlı həmin şöbəyə müraciət etdmədiyiniz bildirilir”.

O zaman 19.05.2017-ci ildə "Altun saray" şadlıq evində baş tutan toy məclislərində Yasamal rayon Qeydiyyat şöbəsinin əməkdaşı adından cütlüyün nikahını qeydiyyata alan və onlara təntənəli surətdə nikah şəhadətnaməsi təqdim edən kim olmuşdur?

 Göründüyü kimi burada böyük cinayət və qanunsuzluqlar gizlənir.

 
2. Xırdalan şəhərində Anar Allahverdiyevin tanışı Əmirova Samirə Şirxan qızının öz bahalı və tam təmirli mənzilini satışa çıxardığını xəbər verərək vətəndaş Məmmədov Nurlandan 20.000 manat nağd pul alaraq həmin mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda işləyən dostu və işbirliyində olduğu Yadigar Mahmudzadənin köməyi ilə “AFB Bank” ASC-nin bir neçə məsul əməkdaşının köməyi ilə ipotekaya qoymuşdur.

3. Qeydiyyat rəsmi şəkildə 19.05.2017-ci il tarixində qeydə alınsa da, nikah şəhadətnaməsində  2016-cı ilin dekabr ayının 9-u göstərilmişdir!?
4. Yenə də Ədliyyənin sözçüsü və başbiləni Mehman Soltanov İDEAL-a  göndərdiyi 15.09.2021-ci il tarixli, 05/Q-58/3-13 saylı məktubunda yenə də faktları etiraf edir. 

Yuxarıda qeyd edir ki, 32 saylı dövlət notariat kontorunun rəisi Mirzəyev Ziyafət Sabir oğlu cinayət törədib lakin nədənsə cinayətkarı cəzalandırmaq əvəzinə, “qulluq keçməsinə xitam verilmişdir» simulisiv cavabla özünü sığortalayır.

Sual olunur, Mehman Soltanov üçün kimisinə imtiyaz, kimisinə cəza verilməsi kimi müddəa hansı qanunun hansı fəslində nəzərdə tutulmuşdur?

Ədliyyənin başbiləni Mehman Soltanov unutmamalıdır ki, Dövlət Notarial Kontorunun rəisi Ziyafət Mirzəyev bir sıra silsilə cinayətlət törətməklə yanaşı,Nizami rayonu 64 nömrəli orta məktəbin direktoru, sabiq hakim Adil Seyidovun qızı Şölə Adil qızı Gülmalıyeva ilə cinayət əlaqəsinə girərək dələduzluq hərəkətləri törətdiyinə görə 13 il müddətinə azadlıqldan məhrum edilmiş,lakin 150.000 manat rüşvət ödəyib Bakı Apelyasiya Məhkəməsindən “azadlıq haqqını” qazanmışdır.

5. İqtisad Universitetinin xanım “professoru”  mobil telefonunu Vətəndaşın xəbəri və razılığı olmadan məhz sizin tabeçiliyinizdə fəaliyyət göstərən 34 saylı dövlət notariat kontorunda reyestrdə 7E-131 nömrə ilə adına keçirmişdir. Hələlik bu qədər. Zənn edirik ki, minlərlə bu kimi dövlətdən və qanundankənar cinayət əməllərindən nazir hörmətli Fikrət Məmmədov xəbərsizdir. Ona görə də cənab Fikrət Məmmədovun diqqətinə hələlik bu gün qeyd etdiyimiz faktların araşdırılması üzrə göstəriş verəcəyinə inanıb əlimizdə olan digər sübutları növbəti saylarımızda təqdim edəcəyik. 
P.S. Vəkillər Kollegiyasının rəsmi veb saytında soyadını Sultanov kimi qeyd edən Baş Natoriusçu Mehman Sultanov görəsən bizə ünvanladığı rəsmi cavab məktublarda özünü “Soltanov” kimi təqdim edir?

Bilinmir ki, bu adam suldur, yoxsa sol?
 
Əşrəf Məmmədov