Bu gün:


ÖMÜRLÜK MƏHKUMUN QOBUSTAN FƏRYADI

Tarix: 19.11.2020 / 15:18  •   Oxundu: 297 dəfə  •  

Müalicə müəssisəsində naryadın qiyməti 1000 manata qaldırıldı

  

Şəmkirin eks icra başçısı Aslan Aslanovun övladı Ruslan Aslanovun qətlində ittiham olunan Vüqar Əliyevin doğmalarının rəsmi müraciəti insanlıq hissini itirməyən istənilən vətəndaşda şok-terapiya yaradır.

         Vüqar Əliyevin qardaşı Eynur Əliyev bildirir ki, qardaşı uzun illərdir ki, bir sıra xəstəliklərədn əziyyət çəkir. Müalicə müəssisəsinə getməkdən ötrü Qobustan tibb-sanitar hissəsinin rəisi naryad pulu adı adltında 1000 manat rüşvət tələb edir. Pulu ödəyə bilmədiyini etiraz edərkən isə Qobustan qapalı həbsxanasının rəisi ədliyyə polkovniki Aftandil Ağayev Vüqar Əliyevi müxtəlif üsullarla təhdid etməyə başlamışdırş. 

02 noyabr 2020-ci il tarixdə Vüqar Əliyevin ölüm aksiyası (quru aclıq) keçirirlməsinə start verilmişdir. Bu gün Vüqar Əliyevin anası və qardaşı Vüqar Əliyevlə görüşməyə cəhd etsələr də, Aftandil Ağayev icazə verməmiş və ölkədə işləyən qanunun adını şəstlə bildirmişdir. “GET, KİMƏ İSTƏYİRSƏN ŞİKAYƏT ET”.

Məhz aftandillərin insanlığa, insan və vətandaş hüquq və əsas azadlıqlarının sərgilədikləri münasibətin nəticəsidir ki, Azərbaycan 162 dövlət arasında, hətta monoetnik Emənistandan belə sonda qərarlaşır. 

Mövzu diqqətimizdədir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.