Bu gün:


Nazim İdeal: O narkobarondur,rüşvətxordu,konçinnilərin məsləkdaşıdır!

Tarix: 08.10.2021 / 14:15  •   Oxundu: 171 dəfə  •  

Qobustan Qapalı Həbsxanasında  özünüintihar islahatları artan xətt üzrə davam etdirilir!

Bacılarını əxlaqsız davranışlarına görə qətlə yetirmiş  ömürlük məhkum Əlimanov Muxtar Şirbala oğlu Tahir Yusibovun inkvizisiyalarına dözməyərək özünü asaraq öldürüb.

Əslən Maştağadan olan Muxtar səbəbkarın adını yazaraq bir neçə məhkuma verib.

Qobustan Qapalı Həbsxanasının rəisi,əslən Cəbrayıl rayonundan olan Ədliyyə Polkovniki Tahir Yusibovdur bu vəzifəyə təyin edildikdən üzübəri 5-ci özünüintihar hadisəsinə müəlliflik edib...

Bir neçə gün bundan əvvəl alçaldılmasından təngə gəlmiş 28 ildir ki, zülmlə üz-üzə qalmış əslən Gəncəli Bayramov Rafiq Səməd oğlu özünə əl qaldırsa da "arzusunu reallaşdıra" bilməmişdir.

Tahir heç vaxt Dövlətimizə,Dövlətçilik İdeallarına,Prezidentin Sərəncamlarına xidmət etməyib.

Özüdə bilmədən ayı xidməti göstərib.

O narkobarondur,rüşvətxordu,konçinnilərin məsləkdaşıdır, İnsan və Qanun alverçisidir,cənab heç kimdir....

Özünüintihar edən şəxslərlə bağlı Prokurorluğun mövqeyi və gəldiyi qənaət diqqət mərkəzindədir.