Bu gün:


BSU-da və ADU-da yoluxma sayı nə üçün artır?

Tarix: 10.10.2021 / 10:24  •   Oxundu: 221 dəfə  •  

Son günlər sosial şəbəkələrdə Azərbaycan Dillər Universitetində (ADU) tələbə və müəllimlər arasında Covid-19 virusuna yoluxma sayının artığı bildirilir. Universitet rəhbərliyi ciddi-cəhdlə məsələnin ictimailəşməsinin qarşısını alsa da, artıq buna nail ola bilmir. Artıq universitetin bütün tədris binalarında müəllimlər və tələbələr arasında yoluxanlar kəskin artıb.

Bakı Slavyan Universitetində isə vəziyyət daha kəskindir. Bu ali təhsil müəssisəsinin hər iki tədris binasında həm əməkdaşlar, həm müəllimlər həm də tələbələr arasında yolxuma halları müşahidə olunur.

Bakı Slavyan Universitetinin xüsusilə əməkdaşları və müəllimləri arasında virusa mübtəla olanlar çoxalmaqdadır. Bunun səbəbi isə bir neçə müəllimin əlbir olaraq həmkarlarına Covid-19 pasportu düzəltmək üçün onları sıxışıdırmaları olub. Belə ki, bir neçə fakültənin dekanı və bir neçə müəllim tanış poliklinika ilə əlbir olaraq müəllimlərə və tələbələrə pul müqabilində peyvənd olunmadan Covid-19 pasportu düzəldəcəklərini təklif ediblər. Müəllimlər və tələbələr buna razılaşmadıqda isə dekanlar inzibati tədbirə əl ataraq onları işdən çıxaracaqları, töhmət verəcəkləri ilə hədələyib.

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Bakı Slavyan Universitetinin ikinci tədris binasının bir çox müəllimləri vaksin vurdurmadan Covid-19 pasportu əldə etmişdir.

Qeyd edək ki, saxta yolla Covid-19 pasportu əldə etmək qanunla qadağandır. Hesabatda vaksin olunanların sayını artırmaq üçün "əyri" yolla müəllimləri bu işə təşviq etmək isə cinayətdən başqa yoluxmanın sayını sürətlə artıran amillərdəndir.

Növbəti sayımızda hesabat vermək naminə poliklinika həkimləri ilə əlbir olan fakültə denkanlarının və Bakı Slavyan Universitetinin peyvənd olunmadan Covid-19 pasportu alan müəllimlərinin adlı siyahısını dərc edəcəyik. Adıçəkilənlər dekanlar və müəllimlər özləri barədə dərc olunan məlumatı təkzib etmək üçün redaksiyamıza Covid-19 virusuna qarşı peyvəndin antkoruna malik olması barədə həkim arayışları ilə redaksiyamıza müraciət edə  bilərlər.

Mövzu araşdırılır. Bizi izləməyə davam edin.

Sofia Sofulu