Bu gün:


Nömrə alverçisi Nəriman Salmanov

Tarix: 13.10.2021 / 21:01  •   Oxundu: 675 dəfə  •  

Bir şabaşa əsdirən bir çoxları sabiq Əli Abbasov, Ramin Quluzadə dönəmlərinin super alverçisi Nəriman Salmanovu rabitə sisteminin "avtoriteti" və yaxud da milli təhlükə naziri Eldar Mahmudova "oborotka" verən birisi kimi təqdimat manerasında başına çatı salıb sürüsə də... Nəriman Salmanov Hüseyn Abdullayevin sabiq qapançısı Əli Həsənovun ən yaxşı halda lakeyi olduğu iştirak etdiyi məclislərdə açığa vurmuşdur.

Əli Həsənovun media adından dövlət büdcəsini talayarkən ölkənin ən şərəfsiz, ən namussuz subyektlərinə ziyafət verdiyi restoranlarda fəxri qonaq kimi dəvətli olması və hətta dövlət və mətbuat adından diplomlarla mükafatlandırmasını lallar və karlar hiss etməsə də soyuq divarlar yaddaşının yaşıdıdır.

İdeal Media-ya Nəriman Salmanovun bu və ya digər qanundankənar əməlləri barədə silsilə materiallar daxil olmaqdadır. Sonuncu belə bir material bu gün daxil olmuşdur. Vətəndaşın razılığı olmadan 10 ildən artıqdır ki, istifadə etdiyi (018) 644-24-84 saylı nömrəsi ondan xəbərsiz adından götürülmüş və "prestijli" nömrə kimi satışa çıxarılmışdır. Abunəçinin telefon nömrəsini satışa çıxarmaqla Nərimanın alverçiliyi bir daha açığa vurmuşdur.

Alverçi Nərimanın diqqətinə çatdırırıq. Təcili olaraq vətəndaşın telefon nömrəsini özünə qaytar.

Sözardı. Bizim üçün çox maraqlıdır. Qərb təhsilli yeni nazir Rəşad Nəbiyevə Oğruçu Nərimanı sevdirən hansı müsbət keyfiyyətləri, cəhətləridir və yaxud da Nərimanı bu vəzifədə saxlayan Rəşaddır yoxsa Nəbi, Tofiq, Maqsud adlı şəxslər?!

Cavid Camal