Bu gün:


Quldurlar İran tankerinə hücum edib

Tarix: 17.10.2021 / 08:08  •   Oxundu: 72 dəfə  •  

İran İslam Respublikasının silahlı qüvvələri Ədən körfəzində İran tankerinə quldurların hücumunu dəf edib.

İDEAL Media.az bildirir ki, bu barədə ölkə ordusunun Hərbi Dəniz Qüvvələrinin komandanı Əmir Şəhram İrani bildirib.

O qeyd edib ki, hücumda beş quldur qayığı iştirak edib: "Açılan atəş nəticəsində bu qayıqlar xeyli məsafəyə qədər uzaqlaşdırılıb."
Əmir Şəhram İrani bildirib ki, tanker təhlükəli ərazini tərk edib.