Bu gün:


Havaya sovrulan pullar kimin cibinə axır?

Tarix: 18.10.2021 / 18:03  •   Oxundu: 282 dəfə  •  

Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu
(Əlaqə: 0704063576; 0515581470) Prezident İlham Əliyevə,bütün dövlət qurumlarına və "İdeal Media" Group-na müraciət etmişdir.

Müraciətdə deyilir: Goranboy rayonu Qızılhacılı qəsəbə bələdiyyəsinin iş fəaliyyəti çox aşağı dərəcədədir, acınacaqlı bir vəziyyətdədir. Qızılhacılı qəsəbə bələdiyyəsinin Bazarkomu sabiq sədri Məzahir Allahverdiyevin "BAZARKOM missiyasını" davam etdirən Səbinə Həsənova 2020-ci ilin dekabr ayından Qızılhacılı qəsəbəsinə təyin edilib. Bu xanım bələdiyyə sədrinə sual edən,iş fəaliyyətini yoxlayan, araşdıran yoxdur ki, 1 ilə yaxındır ki, bələdiyyə sədrisiniz, hesabat verin görək bu müddət ərzində qəsəbə üçün hansı işləri görmüsünüz, qəsəbənin hansı qazisinə, şəhidinin ailəsinə bələdiyyə hesabına yardım etmisiniz?

Hanı bu bələdiyəyə ödənilən pullar, bu pullar kimin cibinə gedir?

Havaya sorulan havayı pullardan nə səbəbə qəsəbənin problemlərinə sərf olunmur?

Qəsəbədə iki nəfər şəhidin, bir nəfər milli qəhrəmanın adını daşıyan üç körpələr evi fəaliyyət göstərir. Bu körpələr evində su krantı yoxdur.

Körpələr evinin işçiləri evlərindən baçokla su daşıyırlar. Dövlətimizə minnətdaram körpələr evi üçün hər bir avadanlıqla təmin edir. Məsələn; paltaryuyan maşınlar körpələr evinə verilsə də su tapmırlar ki,paltaryuyan maşınından istifadə etsinlər.

Şəhid Nəsib Məmmədov adına 1 saylı uşaq körpələr evi bu qəsəbənin qəzalı vəziyyətdə olan 1 saylı tam orta məktəbinin qəzalı binasına sığınıb, belə bir qəzalı binada körpələr evi fəaliyyət göstərir. Nə su krantı, nə də hovuzu yoxdur, şəraitsiz bir vəziyyətdədir. Bu körpələr evinin yeri başqa yerdədir, köhnə binası uçurulub, dağıdılıb, bu günə kimi həmin yerdə gəlib körpələr evi tikmirlər.

Qəsəbənin 2 saylı körpələr evində də su krantı yoxdur, hovuz olsa da doldurmaq üçün maddi vəsait lazımdır.

Qəsəbənin 3 saylı körpələr evində işçilərin hesabına az da olsa şərait yaradılıb.

Nə səbəbə Qızılhacılı qəsəbə bələdiyyəsi su krantı heç olmasa bu körpələr evinə çəkdirmir, HAVAYA sovurulan pullardan su krantlarının çəkilməsinə xərcləmir?

Regionların sosial iqtisadi inkişaf proqramına əsasən Cənab Prezidentin tapşırığı ilə bizim Qızılhacılı qəsəbəsinin yolları asfaltlandı. Çox təəssüflər olsun ki, belə bir qəsəbənin yollarının kənarlarında işıqlar yoxdur. Qəsəbə üzrə ərazi icra nümayəndəliyi, bələdiyyə hara baxırlar?

Sizdən xahiş edirəm yuxarıda qeyd etdiklərimi nəzarətinizə götürəsiniz.

Goranboy rayonu Qızılhacılı qəsəbə bələdiyyəsinin iş fəaliyyətinin son bir ilə yaxın müddət üçün yoxlanılması, araşdırılması üçün aidiyyatı qurumlara tapşırıqlar verəsiniz".