Bu gün:


Sabunçudan "Azercell"-ə Xudafərin körpüsü

Tarix: 18.10.2021 / 18:24  •   Oxundu: 268 dəfə  •  

Sabunçu rayon Zabrat-1 qəsəbəsi, Yeni yaşayış massivi (Kərpic zavod), Şəfaət Mehdiyev küçəsində yaşayan bir qrup sakin onların iradəsi əleyhinə yaşadıqları ünvanda, daha doğrusu qonuşuluğunda qeyri-qanuni yaşayan, əslən Gədəbəy rayonunun Hacılar kəndinən olan Ələsgərov Rövşən Vəli oğlunun evində "Azercell" MMC tərəfindən quraşdırılmış dalğaötürücələrinə etiraz əlaməti olaraq dövlət başçısına və bir sıra rəsmi qurumlara müraciət edilmişdir.
 
Apardığımız araşdırma zamanı məlum olmuşdur ki, "Azercell" MMC tərəfindən evində qurğu quraşdırılan Ələsgərov Rövşən Vəli oğlunun yaşadığı mənzil qeyri-qanunidir, ərazi texniki şərtlərə uyğun gəlmədiyindən sənədləri yoxdur. Lakin buna baxmayaraq binanın birinci mərtəbəsi supermarket, ikinci mərtəbəsi isə "Azercell" ilə müqaviləyə uyğun olaraq 3.000 manata icarəyə verilmişdir.
 
Sabunçu rayon İcra Hakimiyyətinin başçısı, adı zaman-zaman bir sıra dövlət rəsmiləri ilə, o cümlədən reket jurnalistikasının banisi "Qapançı" ayamalı Prezidentin eks-köməkçisi Həsənov Əli Məhəmmədəli oğlu, sabiq Baş prokuror, hazırda həbsdə olan Eldar Həsənov, "Azərsu"-nun sabiq rəhbəri Qorxmaz Həsənov və bir sıra kriminal məmurlarla ortaqlıq etmiş və etməkdə davam edən Adil Vəliyevlə də şərikmiş.
 
Zabrat-1 qəsəbəsinin sakinləri dəfələrlə ərazidə kanalizasiya xəttinin olmamasından ötrü İcra Hakimiyyəti başçısı Adil Vəliyevə etdikləri müraciətə simulisiv münasibət sərgiləyən Xalıqov Nasir Rafiq oğlu adlı şəxs hədə-qorxu gələrək sakit oturmalarını tələb etmişdir.
 
"İdeal"-ın araşdırması nəticəsində bəlli olmuşdur ki, Sabunçu İcra Hakimiyyətinin başçısı Adil Vəliyevi himayə edən şəxs hal-hazırda başçının sağ əli kimi əraziyə qeyri-leqal nəzarət edir və bu şəxs bir zamanlar Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevə qarşı Məhəmmədli kəndində, öz həyətində atıcı qurğu yerləşdirən şəxsdir.
 
Bununla yanaşı, Zabrat-1 qəsəbə sakinlərinin "Azercell" MMC və Sabunçu İcra Hakimiyyətinin birgə layihəsi olan "Lokator" layihəsi üzrə edilmiş şikayətdən sonra Rövşən Ələsgərovla sıcaq münasibətdə olan qadın gözəllik salonunun Xudafərin adlı sahibəsi də vətəndaş hüquqlarına əlavə körpü açmışdır. Qardaşının Prezident Administrasiyasında çalışdığını iddia edən Xudafərin Nasir Talıbovdan fərqli olaraq bu dəfə "Siz bilirsinizmi ki "Azercell" kimə məxsusdur?" ritorik sualı ilə, eyni zamanda dövlət başçısının ailə üzvlərini kök altına salmışdır.
 

Rüfət Kamil