Bu gün:


İşgəncədən qaçış

Tarix: 18.10.2021 / 18:33  •   Oxundu: 407 dəfə  •  

Daxil olmuş  xəbərə əsasən, 17 oktyabr 2021 ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazliyi 1 saylı psixiatriya dispanserinin 19-cu şöbəsində saxlanılan Səbriyev Aydın Dövranbəy oğlu qaçmışdır. Aydın Səbriyev Saatlı rayonunda doğulmuşdur. Bildirilir ki, Aydın Səbriyev ona qarşı törədilən davamlı işgəncələrə dözməyərək bu addımı atmışdır. Hələ bir müddət əvvəl 2019-cu ildə məşhur intihar (Koroğlu) körpüsünün namizədlərindən olan Aydın Səbriyev polis əməkdaşları “Xilas” edərək, probleminin həlli yolu kimi məhz Məştağada yerləşən dəlixananın sakininə çevirmişdir. 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 Saylı Respublika Psixiatriya xəstəxanasının baş həkimi Rəsulov Ağahəsən Rəsul oğlunun və şöbənin müdiri Vüqar Zərdablının söz haqqını tanıyırıq.

İnci Osmanqızı