Qobustan həbsxanasından növbəti gestopizm.
Tarix: 19.10.2021 / 17:12 •
Oxundu: 264 dəfə •
Qobustan həbsxanasının rəisi narkobaron Tahir Yusifovun bu gün həyata keçirdiyi növbəti işgəncə “islahatları” ölkəyə haray salmışdır. Ailə üzvləri ilə qanuni danışıq haqqını tələb edən məhkum Orucov Səxavət Oruc oğlu bunun cavabında rəis Tahir Yusifovun başçılığı ilə əlləri kürəyindən qandallanaraq, yerə uzadılaraq fiziki, mənəvi, tibbi işgəncələr verilmişdir. Doğmalarının bildirdiyinə görə artıq Səxavət Orucov danışa bilmir və onun həyatı real təhlükə qarşısındadır. Fakt üzrə Penitensiar xidmətin rəhbərliyini və Ombudsman Səbinə Əliyevanın Səxavət Orucova münasibətdə diqqət yetirmələri və qanunamüvafiq tədbir görmələri zəruridir. Eyni zamanda Qaradağ Rayon Prokurorluğunun hadisəyə hüquqi qiymət verilməsi üzrə tərəfimizdən müracət edilmişdir.
Mövzu diqqətimizdədir, bizi izləməkdə davam edin.
İnci Osmanqızı
