Bu gün:


Şəhid ailəsinə qarşı məmur harınlığı sərhəd tanımır.

Tarix: 20.10.2021 / 09:51  •   Oxundu: 171 dəfə  •  

Şəhid Orucov Fizuli Ocaqverdi oğlu 1994-cü ildə Azərbaycanın ərazi bütövlüyü, süverenliyi uğrunda Şəhid olub. Vətən uğrunda canından keçdiyinə görə həyatda yadigarı olan iki övladından biri yəni, qızı mühacir həyatı yaşamağa məhkum edilir, oğlu Elvin Oruclu isə qonşusuna salam verdiyinə görə onuncu ildir ki, həbsxanalarda vətən dövlət-hüquq məfhumlarının ağlında fırladır!?

Ömür-gün yoldaşı ali təhsilli Fazilə Orucova isə evsiz və eşiksizdir. 

Fazilə Orucova şəhid ailələrinə dövlət qayğısını rəhbər tutaraq, dövlət başçısına və digər rəsmi qurumlara intensiv müraciətlər etməkdədir. Hələlik müraciətlər sobatajın karusel maşınına mindirilib, Lusiyanın nəvəsi Sahil Babayevin nazirliyinə yönləndirilməkdədir. 

Sual olunur, hər gün şəhid ailəsi adından manipulyasiya edilən, fotolar paylaşan, bəlağətli çıxışlar edən rəsmi dövlət qurumları şəhid ailəsinə münasibətdə diskrinimasiya stimulunu haradan alırlar?! 

Hər gün de-şifrə edilən dəyəri milyonlarla ölçülən məmurlara məxsus səltənətlərin başıboş hüdudsuz məmurları bunları görə bilmirmi və yaxud da görə bilirsə vicdan hissi qıcqırıb ya ölüb?

 Sələfinin əlillik statusunu ləğv etməyi özünə iş prinsipi seçmiş Sahil Babayev və onun “komandası”  hazırda Bakı şəhəri, Binəqədi rayonu, 5-ci mikrorayon A.Məhərrəmov küçəsi, ev 22, mənzil 69 ünvanında kirayə yaşayan Şəhidin həyat yoldaşı Fazilə Orucovaya münasibətdə özünü tanımasa da dövləti və dövlət siyasətini tanımasını tövsiyyə edirik.

Mövzu diqqətimizdədir..

Gültəkin Hacıbəyli